Darvinist nəzəriyyəni elmi
kəşflər qarşısında sorğu-sual edərkən müraciət edilməli ən əsas
mənbələrdən biri, şübhəsiz, Darvinin özünün qoyduğu ölçülərdir. Darvin
nəzəriyyəsini irəli sürərkən bu nəzəriyyənin necə təkzib ediləcəyinə
dair bəzi konkret ölçülər də qoymuşdur. “Növlərin mənşəyi” kitabında bir
çox yerdə “əgər nəzəriyyəm doğrudursa” deyə başlayan abzaslar var və
Darvin bu abzaslarda nəzəriyyəsinin tələb etdiyi tapıntıları tərif edir.
Darvinin “əgər nəzəriyyəm
doğrudursa” deyə başlayan sözügedən ölçülərin əsas hissəsi fosillərlə və
“ara formalarla” bağlıdır. Darvinin bu yöndə olan fərziyyələrinin
həqiqətə çevrilmədiyini, əksinə fosil qeydlərinin darvinizmin tam əksi
olan nəticə ortaya qoyduğunu əvvəlki bölmələrdə təhlil etdik.
Bununla belə, Darvin bizə
nəzəriyyəsini yoxlamaq üçün çox mühüm ölçü də vermişdir. Belə ki, bu
ölçü Darvinin nəzəriyyəsini “tamamilə məhv edəcək” qədər konkretdir.
Darvin belə yazmışdır:
Əgər bir-birini təqib
edən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin
qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə çökəcəkdir.
Amma mən belə bir orqan görə bilmirəm.
Darvinin burada nəyi nəzərdə tutduğunu araşdırmaq lazımdır. Məlum olduğu
kimi, darvinizm canlıların mənşəyini iki şüursuz təbii mexanizm ilə
açıqlayır: təbii seçmə və təsadüfi dəyişikliklər. (Yəni mutasiyalar).
Darvinist nəzəriyyəyə əsasən, bu iki mexanizm canlı hüceyrəsinin
kompleks quruluşunu, kompleks canlıların orqanizmlərini, gözlərini,
qulaqlarını, qanadlarını, ağciyərlərini, yarasaların radarını və hələ
milyonlarla kompleks dizayna malik sistemi meydana gətirmişdir.
Bəs, necə olur ki, kompleks
quruluşa malik olan bu sistemlər iki şüursuz təbii amilin məhsulu hesab
edilir? Elə burada darvinizmin əl atdığı anlayış “reduksiya edilə bilən”
anlayışıdır. Sözügedən sistemlərin daha bəsit hala reduksiya olunduğu və
sonra da mərhələli şəkildə inkişaf etdikləri iddia edilir. Hər mərhələ
canlıya daha artıq üstünlük verir, beləliklə, canlı təbii seçmə
vasitəsilə seçilir. Daha sonra təsadüfən kiçik bir inkişaf da olacaq, bu
da canlıya üstünlük qazandıracaq, canlı seçiləcək və bu proses davam
edəcəkdir. Bu sayədə darvinizmin iddiasına görə, əvvəlcədən gözü olmayan
canlı növü qüsursuz gözə sahib olacaq, əvvəl uça bilməyən başqa növ də
qanadlanıb uça biləcəkdir.
Bu hekayə təkamülçü
mənbələrdə çox inandırıcı və mümkün olan bir şey kimi danışılır. Halbuki
bir az düşündükdə ortada çox böyük xəta olduğu görülür. Bu xətanın
birinci tərəfi kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz mövzudur:
mutasiyaların təkmilləşdirici deyil, məhvedici mexanizm olması. Yəni
canlıların məruz qaldığı təsadüfi mutasiyaların bu canlılara “üstünlük”
təmin etməsi, həm də bunu min dəfələrlə etmələri bütün elmi müşahidələrə
zidd olan xəyaldır.
Ancaq xətanın bir də çox
mühüm bir tərəfi də var. Diqqət edilsə, darvinist nəzəriyyə bir cəhətdən
başqa bir cəhətə (məsələn, qanadsız canlıdan qanadlı canlıya) doğru
gedən mərhələlərin hamısının tək “üstünlüklü” olduğunu tələb edir. A-dan
Z-yə doğru gedən bu təkamül prosesində B, C, Ç, D…, U, Ü, V və Y kimi
bütün “ara” mərhələlər canlıya mütləq üstünlük təmin etməlidir. Təbii
seçmə və mutasiyanın şüurlu şəkildə əvvəlcədən hədəf müəyyən etmələri
mümkün olmadığına görə, bütün nəzəriyyə canlı sistemlərinin üstünlük
qazandıran kiçik mərhələlərə “reduksiya edilə biləcəyi” fərziyyəsinə
əsaslanır.
Elə Darvin bu səbəbdən,
“əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə kompleks bir
orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm
tamamilə məhv olacaqdır” demişdir.
Darvin XIX əsrin ibtidai
elmi səviyyəsi çərçivəsində canlıların reduksiya olunan quruluşa malik
olduqlarını düşünə bilər. Ancaq XX əsrin elmi kəşfləri əslində
canlılardakı bir çox sistem və orqanın sadələşdirilməz olduğunu aşkar
etmişdir. “Sadələşdirilməz komplekslik” adlanan bu fakt darvinizmi elə
Darvinin narahat olduğu kimi, “qəti şəkildə” məhv edir.
Bakterİya
qamçısı
Sadələşdirilməz komplekslik anlayışını elm dünyasının gündəminə gətirən
ən mühüm şəxs ABŞ-dakı Lihay Universitetindən biokimyaçı Maykl C.Behedir.
Behe 1996-cı ildə nəşr olunmuş “Darvinin qara qutusu: Təkamülün
biokimyəvi təkzibi” (Darwin’s black box: The biochemical challenge to
evolution) adlı kitabında canlı hüceyrəsinin və digər bəzi biokimyəvi
formaların sadələşdirilməz kompleks quruluşunu təhlil edir və bunların
təkamüllə açıqlanmasının qeyri-mümkün olduğunu açıqlayır. Behenin
fikrinə görə, canlıların mənşəyinin həqiqi açıqlaması “yaradılışdır”.

Bu elekrtrik motorudur.
Amma bu elektrik motoru bir ev alətində və ya bir nəqliyyat vasitəsində
deyil, bu bir bakteriyanın üzərində mövcuddur. Bakteriyalar milyon
illərlə sahib olduqları bu motor sayəsində “qamçı” adlanan orqanlarını
hərəkət etdirir və suda üzürlər. Bakteriya qamçısının motoru 1970-ci
illərdə kəşf edilmiş və elm aləmini təəccübləndirmişdi. Çünki təxminən
250 ayrı molekulyar hissədən ibarət olan bu “sadələşdirilməz kompleks”
orqanın Darvinin iddia etdiyi təsadüf mexanizmləri ilə açıqlanması
mümkün deyil.
Behenin kitabı darvinizmə böyük zərbədir. Belə ki, Notr Dam
Universitetindən fəlsəfə professoru Piter van İnvagen bu kitabın
əhəmiyyətini belə vurğulamışdır:
Əgər darvinistlər elmi həqiqətlərlə dolu olan bu kitaba əhəmiyyət
verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılayarlarsa, bu
vəziyyət bu gün darvinizmin elmi nəzəriyyə olmaqdan çox ideologiya
olduğu haqqında getdikcə yayılan şübhələr üçün mühüm dəlil olacaqdır.
Behenin kitabında sadələşdirilməz kompleks sistemlərə aid çəkdiyi
misallardan biri bakteriya qamçısıdır.
Bu orqan bəzi bakteriyalar
tərəfindən maye mühitdə hərəkət etmək üçün istifadə edilir. Orqan
bakteriyanın hüceyrə qılafına yapışmışdır və canlı ritmik şəkildə
dalğalandırdığı bu qamçıdan fırça kimi istifadə edərək istədiyi
istiqamətdə və sürətlə üzə bilir.
Bakteriyaların qamçısı
olduğu uzun müddətdən bəri məlumdur. Ancaq son 10 il ərzindəki
müşahidələr bu qamçının quruluşunu aşkar etdikcə elm dünyası təəccüb
içində qalmışdır. Çünki qamçının əvvəlcə hesab edildiyi kimi, bəsit
titrəmə mexanizmi ilə deyil, çox mürəkkəb “orqanik (üzvi) motor” ilə
işlədiyi məlum olmuşdur.
Bakteriyanın hərəkətli
motoru elektrik motorları ilə eyni mexaniki xüsusiyyətə malikdir. Burada
iki əsas hissə var: hərəkətli hissə (rotor) və sabit hissə (stator)
Bu üzvi motor mexaniki hərəkətləri əmələ gətirən digər
sistemlərdən fərqlidir. Hüceyrə içindəki ATF molekulları şəklində
saxlanılan hazır enerjidən istifadə etmir. Bunun əvəzinə xüsusi enerji
mənbəyi var: bakteriya qılafdan gələn turşu axınından aldığı enerjidən
istifadə edir. Motorun öz daxili quruluşu isə həddindən artıq
kompleksdir. Qamçını təşkil edən təqribən 240 ayrı zülal var. Bu
qüsursuz mexanik hissələr öz yerlərinə yerləşdirilmişdir. Elm adamları
qamçını təşkil edən bu zülalların motoru bağlayıb açan siqnalları
göndərdiklərini, atom səviyyəsində hərəkətə imkan verən buğumlar əmələ
gətirdiklərini və ya qırmancı hüceyrə qılafına bağlayan zülalları
hərəkətə gətirdiklərini müəyyən etmişlər. Motorun fəaliyyətini
sadələşdirərək izah etmək məqsədi ilə aparılan modelləşdirmələr belə
sistemin mürəkkəbliyinin başa düşülməsi üçün kifayətdir.
Sadəcə bakteriya qamçısının
bu kompleks quruluşu bütün təkamül nəzəriyyəsini məhv etmək üçün
kifayətdir. Çünki qamçı heç cür sadələşdirilə bilinməyən quruluşdadır.
Qamçını təşkil edən molekulyar hissələrin bir dənəsi belə olmasa və ya
qüsurlu olsa, qamçı işləməz və ona görə bakteriyaya heç bir faydası
olmaz. Bakteriya qamçısı ilk dəfə mövcud olduğu andan etibarən tam
şəkildə işləməlidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsinin
“mərhələ-mərhələ” inkişaf iddiasının mənasızlığı bir daha açıq şəkildə
üzə çıxır. Belə ki, bu günə qədər heç bir təkamülçü bioloq bakteriya
qamçısının mənşəyini açıqlamaq üçün cəhd belə etməmişdir.
Bakteriya qamçısı
təkamülçülərin “ən ibtidai canlılar” hesab etdikləri bakteriyalarda belə
qeyri-adi dizayn olduğunu göstərən mühüm həqiqətdir. Canlıları
hərtərəfli tədqiq etdikcə Darvinin XIX əsrin ibtidai elmi səviyyəsi
çərçivəsində sadə hesab etdiyi orqanların nə qədər kompleks olduğu məlum
olur.
İnsan gözünün yaradılışı
İnsan gözü təqribən 40 ayrı həssas hissənin birləşməsindən ibarət
kompleks sistemdir. Bu hissələrdən sadəcə birinin üzərində düşünək.
Məsələn, göz bülluru... Biz çox vaxt fərqinə varmırıq, amma cisimləri
aydın görməyimizi təmin edən şey göz büllurunun hər saniyə heç
dayanmadan “avtomatik fokuslama” etməsidir. İstəsəniz, bununla bağlı
kiçik təcrübə keçirə bilərsiniz: şəhadət barmağınızı havada tutun. Sonra
bir barmağınızın ucuna, bir də arxasındakı divara baxın. Baxışınızı
barmağınızdan divara doğru hər çevirdikdə “tənzimləmə” olduğunu hiss
edəcəksiniz.
Bu tənzimləməni göz
büllurunun ətrafındakı kiçik əzələlər yerinə yetirir. Hər baxış
dəyişdirdikdə bu əzələlər işə düşür və göz büllurunun qabarıqlığını
dəyişdirərək işığın düzgün bucaq altında qırılmasını və istədiyiniz
cismi aydın görməyinizi təmin edir. Göz bülluru bu tənzimləməni
həyatınız boyu heç səhv etmədən hər saniyə həyata keçirir. Fotoqraflar
eyni tənzimləməni fotoaparatlarda əl ilə edirlər və düzgün fokuslamanı
əldə etmək üçün bəzən uzun müddət çalışırlar. Müasir texnologiya son
10-15 ildə avtomatik fokuslama edən kameralar istehsal etmişdir, amma
heç bir kamera göz qədər sürətli və qüsursuz şəkildə fokuslaya bilmir.
Gözün görməsi üçün isə bu
orqanı təşkil edən təqribən 40 əsas hissənin hamısı eyni anda birlikdə
mövcud olmalı və ahəng içində işləməlidir. Göz bülluru bunlardan sadəcə
biridir. Buynuz qişa, gözün selikli qişası, gözün qüzehli qişası, göz
bəbəyi, gözün tor qişası, orta qişa, göz əzələləri, göz yaşı vəzləri
kimi bütün digər hissələr olsa və fəaliyyət göstərsə, amma bircə göz
qapağı olmasa, göz qısa müddət ərzində zərər görər və görmə funksiyasını
itirər. Eyni şəkildə bütün orqanoidlər mövcud olsa, amma göz yaşı ifraz
olunmasa, göz bir neçə saat ərzində quruyar, yapışar və kor olar.
Gözün bu kompleks quruluşu
qarşısında təkamül nəzəriyyəsinin “sadələşdirilə bilən” iddiası bütün
mənasını itirir. Çünki göz işə yararlı olması üçün eyni anda bütün
hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və mutasiya
mexanizmlərinin gözün bu qədər müxtəlif orqanoidini, bu orqanoidlərə son
mərhələyə qədər heç bir “üstünlük” təmin etmədən əmələ gətirmələri,
əlbəttə, qeyri-mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı
sətirləri ilə qəbul edir:
Üçüncü etiraza cavab vermək
çox çətindir. Kompleks bir orqanın, faydalı olsa da, birdən-birə əmələ
gəlməsi necə mümkün olmuşdur? Məsələn, onurğalılardakı göz bülluru, tor
qişa, optik sinir və görmək üçün lazımlı olan digər hissələr birdən-birə
necə əmələ gəlmişdir? Çünki təbii seçmənin görmə sinirindən ayrı şəkildə
tor qişa üzərində seçici təsiri ola bilməz. Göz bülluru əmələ gəlsə belə,
tor qişa olmadan faydası olmaz. Görmə üçün bütün orqanoidlərin birlikdə
eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-ayrı təkmilləşdirilən
hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız olar, həm də
bəlkə zaman ərzində məhv olar. Eyni zamanda hamısını birdən
təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda
mövcud olmasını tələb edir.

İnsan gözü təxminən 40 ayrı
hissənin birgə işləməsi ilə görür. Bu hissələrin bir olmazsa, göz öz
funksiyasını itirər. Bu 40 ayrı hissənin hər biri öz içində mürəkkəb
dizayna sahibdir. Məsələn, gözün arxa hissəsindəki tor qişa təbəqəsi 11
ayrı təbəqədən ibarətdir. (Sağda ). Bu təbəqələrdən hər birinin ayrı
vəzifəsi vardır. Təkamül nəzəriyyəsi bu cür mürəkkəb bir orqanın necə
əmələ gəldiyinə cavab verə bilmir.
Prof. Dəmirsoyun “təxmin edilməyəcək qədər kiçik ehtimallar” sözü ilə
ifadə etdiyi həqiqət əslində “qeyri-mümkünlükdür”. Gözün təsadüflərin
məhsulu olması qeyri-mümkündür. Darvin də bu həqiqət qarşısında sıxıntı
keçirmiş və hətta bu səbəbdən, bir məktubunda “gözləri düşünmək çox vaxt
məni nəzəriyyəmdən soyudur” deyə bunu etiraf etmişdir.
Darvin “Növlərin mənşəyi” kitabında gözün kompleks yaradılışı qarşısında
ciddi çətinliyə düşmüş, yeganə həll yolu kimi bəzi canlıların ibtidai,
bəzilərinin isə kompleks göz quruluşu olduğuna istinad edərək kompleks
gözlərin ibtidai gözlərdən təkamül yolu ilə əmələ gəldiyini iddia
etmişdir. Ancaq bu iddia da həqiqətə uyğun deyil. Paleontologiya
canlıların yer üzündə olduqca kompleks quruluşları ilə birlikdə ortaya
çıxdığını göstərir. Məlum olan ən qədim görmə sistemi trilobit
gözüdür. 530 milyon illik bu pətək göz sistemi əvvəlki bölmələrdə
dediyimiz kimi cüt mərcək sistemi ilə işləyən “optik möcüzədir”. Bu
vəziyyət Darvinin “kompleks gözlər ibtidai gözlərdən təkamül ilə törəyib”
fərziyyəsini də tamamilə əsassız edir.
"İbtidai gözün"
sadələşdİrİlməz
quruluşu
Darvinin “ibtidai göz” kimi bəhs etdiyi orqanlar da əsla təsadüflərlə
açıqlana bilməyən kompleks və sadələşdirilməz quruluşa malikdirlər. Ən
sadə formalı belə olsa, “görmənin” əmələ gəlməsi üçün bir canlının bəzi
hüceyrələri işığa həssas olmalı, bu həssaslığı elektrik siqnallarına
çevirən qabiliyyətə malik olmalı, bu hüceyrələrdən beyinə gedən xüsusi
sinir şəbəkəsi əmələ gəlməli və beyində də bu məlumatı dəyərləndirən
“görmə mərkəzi” meydana gəlməlidir. Bütün bunların təsadüfən və eyni
anda, eyni canlıda əmələ gəldiyini irəli sürmək isə ağlasığmazdır.
Təkamülçü yazıçı Camal Yıldırım təkamül nəzəriyyəsini müdafiə etmək
niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik” adlı
kitabında bu həqiqəti belə qəbul edir:
Görmək üçün çox sayda
mexanizmin iş birliyinə ehtiyac var: göz və gözün daxili mexanizmləri
ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı rabitələr də
bura aiddir. Bu kompleks quruluş necə formalaşmışdır? Bioloqların
fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk mərhələ bəzi
ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana
gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmə zamanı bu qədər inkişafın tək
başına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə
beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır.
Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə”
adlandırdığımız hadisənin meydana gəlməsini gözləmək olmaz. Darvin
variasiyaların təsadüfən əmələ gəldiyinə inanırdı. Elə olsaydı, görmənin
tələb etdiyi çox sayda variasiyanın orqanizmin müxtəlif yerlərində eyni
zamanda əmələ gəlib uyğunlaşması sirli tapmacaya bənzəməzdimi?.. Halbuki
görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və
bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var... Adi
bir yumşaqbədənli olan şanapipiyin gözündə bizim gözümüzdə olduğu kimi
tor qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül
səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü
tələb edən bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik?
Darvinçilərin bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir...
Problem təkamül nəzəriyyəsi baxımından o qədər böyükdür ki, nə qədər
incəlikləri araşdırılsa da, o qədər içindən çıxılmaz vəziyyətə düşürlər.
Burada araşdırılmalı mühüm bir “detal” da “işığa həssas hala düşən
hüceyrə” hekayəsidir. Görəsən, Darvinin və digər təkamülçülərin “görmə
bir hüceyrənin işığa həssas hala düşməsi ilə baş verə bilər?” deyərək
üstündən ötüb keçmək istədikləri bu forma necə bir dizayna malikdir?
Görmə prosesİnİn
kİmyəvİ
strukturu
Maykl Behe “Darvinin qara qutusu” (Darwin’s black box) adlı kitabında
canlı hüceyrəsinin quruluşunun və bütün digər biokimyəvi sistemlərin
Darvin və müasirləri üçün naməlum “qara qutu” olduğunu vurğulayır.
Darvin bu qara qutuların çox sadə quruluşa malik olduğunu və təsadüfən
əmələ gəldiyini güman etmişdir. Halbuki müasir biokimya bu qara qutuları
açmış və canlıların sadələşdirilməz kompleks quruluşunu üzə çıxarmışdır.
Behe Darvinin gözün əmələ gəlməsi haqqındakı şərhlərinin XIX əsrin
sözügedən ibtidai elmi səviyyəsi səbəbi ilə bəzilərinə “inandırıcı”
göründüyünü bildirir.
Darvinın dünyanın böyük
hissəsini müasir gözün sadə formadan yavaş-yavaş meydana gəldiyinə
inandırdığı hesab edilirdi, amma görmə hadisəsinin başlanğıcının haradan
gəldiyini heç açıqlamağa belə çalışmamışdı. Əksinə, Darvin bu sadə işığa
həssas nöqtənin, yəni gözün mənşəyi sualını bilərək görməməzliyə
vurmuşdu... Bu sualı görməməzliyə vurmaq üçün yaxşı bəhanəsi var idi: bu
tamamilə on doqquzuncu əsrin elmi səviyyəsinə uyğun deyildi. Gözün necə
fəaliyyət göstərdiyi – yəni işıq fotonları tor qişaya ilk dəfə düşdükdə
nələr olduğu o dövrdə açıqlana bilməzdi.
Bəs, Darvinin sadə bir quruluş kimi görüb üstündən keçmək istədiyi bu
sistem əslində necə işləyir? Gözün tor qişasındakı hüceyrələr üstlərinə
düşən işıq zərrəciklərini necə qəbul edirlər?
Sualın cavabı olduqca
mürəkkəbdir. Fotonlar tor qişadakı hüceyrələrə toxunduqda sanki
bir-birinin ardınca ustalıqla düzülmüş domino daşlarını hərəkətə
gətirirlər. Bu domino daşlarının birincisi “11-cis-retinal” adlanan və
fotonların təsiri ilə hərəkətə keçən molekuldur. Foton ona təsir etdiyi
anda 11-cis-retinal molekulu formasını dəyişdirir. Bu forma dəyişikliyi
11-cis-retinalla əlaqədar olan “rodopsin” adlı zülalın da formasını
dəyişdirir. Rodopsin bu sayədə daha əvvəl hüceyrənin içində yerləşən,
amma formasının uyğunsuzluğu səbəbiylə reaksiyaya girə bilmədiyi
“transdusin” adlı başqa bir zülal ilə birləşə bilir.
Transdusin rodopsinlə
reaksiyaya girmədən əvvəl GDP adlı başqa bir molekula bağlı olur.
Rodopsinə bağlandığı anda GDP-dən ayrılır və GTP adlı yeni bir molekula
bağlanır. Artıq 2 zülal (rodopsin və transdusin) və 1 kimyəvi molekul (GTP)
bir-birinə bağlanmış vəziyyətdədir. Bu yeni formaya birlikdə
“GTP-transdusinrodopsin” deyilir.
Ancaq hələ proses yeni
başlamışdır. GTP-transdusinrodopsin adlı yeni birləşmə hüceyrənin içində
əvvəlcədən mövcud olan “fosfodiesteraz” adlı başqa zülalla birləşmək
üçün uyğun formadadır. Bu birləşmə vaxt itirilmədən dərhal həyata
keçirilir. Bu birləşmə nəticəsində isə fosfodiestaz zülalı daha əvvəl
hüceyrənin içində mövcud olan cGMP adlı molekulu parçalama xüsusiyyəti
qazanır. Bu proses bir neçə dənə deyil, milyonlarla zülal tərəfindən
həyata keçirildiyi üçün hüceyrənin içindəki cGMP-nin faizi sürətlə
azalır.
Bəs, bütün bunların görmə
prosesi ilə nə əlaqəsi var? Bu sualın cavabını tapmaq üçün bu maraqlı
kimyəvi reaksiya zəncirinin son mərhələsinə qədər baxaq. Hüceyrənin
içindəki cGMP faizinin aşağı düşməsi hüceyrənin içindəki “ion
kanallarına” təsir edir. İon kanalları hüceyrənin içindəki natrium
ionlarının sayını tənzimləyən zülallardır. Normal şəkildə cGMP
molekulları hüceyrəyə kənardan natrium ionları daşıyır, başqa bir
molekul da artıq ionları hüceyrədən xaric edir və beləliklə, tarazlıq
təmin olunur. Ancaq cGMP molekullarının sayı azaldıqda hüceyrədəki
natrium ionlarının da sayı azalır. Bu say azalması hüceyrə içində
elektrik tarazsızlığı meydana gətirir. Bu elektrik tarazsızlığı
hüceyrəyə bağlı olan sinir hüceyrələrinə təsir edir və “elektrik
oyanması” adlandırdığımız oyanma əmələ gəlir. Sinirlər bunları beyinə
ötürür və orada da “görmə” adlanan proses baş verir.
Qısa desək, bir foton tor qişadakı hüceyrələrin birinə toxunmuş və
bir-birini izləyən zəncirləmə reaksiyalar sayəsində hüceyrənin elektrik
oyanması əmələ gətirməsinə səbəb olmuşdur. Bu oyanma fotonun enerjisinə
görə fərqlənir, beləliklə, bizim “güclü işıq”, “zəif işıq” dediyimiz
anlayışlar var. İşin ən maraqlı cəhətlərindən biri də budur ki, yuxarıda
bəhs etdiyimiz bütün bu mürəkkəb reaksiyalar saniyənin ən çox mində biri
qədər olan qısa müddət ərzində baş verir. Daha maraqlı olan cəhət də bu
zəncirləmə reaksiyanın tamamlandığı anda hüceyrənin içindəki bəzi xüsusi
zülalların 11-cis-retinal, rodopsin, transdusin kimi ünsürləri yenidən
əvvəlki halına salmasıdır. Çünki gözə hər an yeni fotonlar toxunur və
hüceyrədəki zəncirləmə reaksiya sistemi bu fotonların hər birini yenidən
qəbul etməlidir.
Burada qısa şəkildə xülasə
etdiyimiz görmə prosesinin əslində daha kompleks incəlikləri var. Ancaq
bu xülasə belə nə qədər möhtəşəm sistemin olduğunu bizə göstərmək üçün
kifayətdir. Gözün içində o qədər kompleks, dəqiq hesablanmış bir sistem
var ki, bu sistemin təsadüflərlə ortaya çıxacağını iddia etmək
açıq-aşkar ağıldankənardır. Sistem tamamilə sadələşdirilməz kompleks
quruluşa malikdir. Əgər bir-birləri ilə zəncirləmə reaksiyaya girən çox
sayda molekulyar zərrənin biri əksik olsa və ya uyğun quruluşa malik
olmasa, sistem əsla funksiyasını yerinə yetirməyəcəkdir.
Bu sistemin darvinizmin canlılar haqqındakı “təsadüf” açıqlamasına böyük
zərbə endirdiyi aşkardır. Maykl Behe gözün kimyəvi tərkibi və təkamül
nəzəriyyəsi haqqında belə şərh verir:
Darvinin XIX əsrdə açıqlaya
bilmədiyi görmə prosesi və gözün anatomik quruluşu həqiqətən də heç bir
təkamülçü məntiqlə açıqlana bilməz. Təkamül nəzəriyyəsinin irəli sürdüyü
açıqlamalar o qədər sadədir ki, gözdə baş verən və kağıza köçürülməsi
belə çətin olan inanılmaz dərəcədəki kompleks prosesləri əsla açıqlaya
bilməz.
Gözün sadələşdirilməz kompleks quruluşu bir tərəfdən darvinist
nəzəriyyəni Darvinin ifadəsi ilə “qəti şəkildə məhv edərkən”, digər
tərəfdən də canlıları üstün ağıl və qüdrət sahibi Allahın yaratdığını
göstərir.
Xərçəng gözü
Canlılar dünyasında bir-birindən çox fərqli göz tipləri var. Bizə əsasən
onurğalılara xas olan və bir az əvvəl incəliklərindən bəhs etdiyimiz
“kamera tipli göz” quruluşu məlumdur. Bu göz quruluşu işığın sınması
prinsipi ilə işləyir. Kənardan gələn işıq gözün ön hissəsindəki büllurda
sınaraq içəri keçir və bu sayədə gözün arxa hissəsində fokuslanır.
Ancaq bəzi canlıların
gözlərinin yaradılışı daha fərqli sistemlərlə işləyir. Bunlardan biri
xərçəngin gözüdür. Xərçəng gözü “işığın sınması” deyil, “əks olunması”
prinsipi ilə işləyir.
Xərçəng gözünün ilk
diqqətçəkən xüsusiyyəti səthinin çox sayda kvadratdan ibarət olmasıdır.
Bu kvadratlar yan səhifədəki şəkildə göründüyü kimi bərabərtərəflidir.
Amerikalı bioloq Hartlayn “Elm” (Science) jurnalındakı bir məqaləsində
belə deyir:
Xərçəng bu günə qədər
gördüyüm düzbucaqlıya bənzəməyən canlıdır. Amma mikroskop altında
xərçəngin gözü qüsursuz qrafika kağızına bənzəyir.

Xərçəng gözünün üzərindəki bu kvadratların hər biri əslində kvadrat
prizmanın ön səthidir. Bu quruluş arıların pətəklərinə bənzədilə bilər.
Bir pətəyi gördükdə əvvəlcə, sadəcə altıbucaqlı səthlə qarşılaşırsınız.
Ancaq bu altıbucaqlı səthlər əslində içəriyə doğru dərinliyi olan
altıbucaqlı prizmaların səthləridir. Xərçəng gözünün fərqi formasının
altıbucaqlı deyil, kvadrat olmasıdır.
Daha maraqlısı budur ki, xərçəng gözündəki bu kvadrat prizmaların hər
birinin daxili səthi “güzgü” formasındadır. Bu güzgüyəbənzər səthlər
işığı güclü şəkildə əks etdirir. Bu dizaynın ən mühüm xüsusiyyəti isə bu
güzgü səthlərdə əks olunan işığın arxa tərəfdəki tor qişa üzərində
qüsursuz şəkildə fokuslanmasıdır. Gözün içindəki bu prizmalar elə bucaq
altında yerləşdirilmişdir ki, hamısı işığı xətasız şəkildə bir nöqtəyə
əks etdirir.

Xərçəngin düzgün kvadrat
səthlərdən ibarət olan gözü var. Bu düzgün kvadratlar əslində bir
kvadrat prizmanın ön səthidir. Xərçəng gözündəki bu kvadrat prizmaların
hər birinin iç səthi güzgü şəklindədir. Bu güzgüyə oxşar səthlər işığı
qüvvətli şəkildə əks etdirir. Bu güzgü səthlərindən əks olunan işıq arxa
tərəfdəki tor qişa üzərində qüsursuz şəkildə cəmlənir. Gözün içindəki bu
prizmalar elə bir bucaqla yerləşdirilmişdir ki, hamısı işığı xətasız
olaraq bir nöqtəyə əks etdirir.
Buradakı yaradılışın nə qədər qeyri-adi olduğu açıq-aşkar ortadadır. Hər
biri qüsursuz kvadrat prizma olan hüceyrələrin içi güzgü xüsusiyyətinə
malik toxuma ilə örtülüdür. Habelə bu hüceyrələrin hər biri işığı eyni
nöqtəyə əks etdirmək üçün çox dəqiq həndəsi hesabla yerlərinə
yerləşdirilmişdir.
Xərçəng gözünün bu
quruluşunun ilk dəfə hərtərəfli şəkildə tədqiq edən elm adamı İngiltərə
Sasseks Universitetindən tədqiqatçı Maykl Lenddir. Lend bu göz
quruluşunun heyrətamiz və heyranedici yaradılışa malik olduğunu
bildirmişdir.
Xərçəng gözündəki bu yaradılışın təkamül nəzəriyyəsi üçün çox böyük
problem olduğu aydındır. Əvvəla, göz “sadələşdirilməz komplekslik”
xüsusiyyətinə malikdir. Əgər bu gözün ön hissəsindəki kvadrat hüceyrələr
olmasa və ya bu hüceyrələrin əks etdirmə xüsusiyyəti olmasa və ya
arxadakı tor qişa təbəqəsi olmasa, göz heç cür funksiyasını yerinə
yetirə bilməyəcəkdir. Ona görə, xərçəng gözünün “mərhələli şəkildə”
əmələ gəlməsi irəli sürülə bilməz. Bu qədər mükəmməl formanın bir anda
təsadüfən əmələ gəldiyini irəli sürmək isə tamamilə ağıldankənardır.
Aydındır ki, Allah xərçəngin gözünü bu mükəmməl sistemi ilə birlikdə
yaratmışdır.
Xərçəng gözünün təkamül
iddiasını əsassız edən başqa xüsusiyyətləri də var. Bu gözün hansı
canlılarda mövcud olduğunu təhlil etdikdə çox maraqlı mənzərə ilə
qarşılaşırıq. Xərçəng nümunəsi üzərində təhlil etdiyimiz “əks etdirmə
tipindən olan göz quruluşu” ancaq “qabıqlı dəniz canlıları sinfi”
adlandırılan dəniz canlılarının “uzun ön ayaqlılar” kimi tanınan
ailəsində mövcuddur. Bu ailəyə dəniz xərçəngləri və krevetlər də
daxildir.
Qabıqlı dəniz canlıları
sinfinin digər üzvlərində isə “əks etdrmə növündən olan göz quruluşundan”
tamamilə fərqli prinsiplə işləyən “sınma tipindən olan göz quruluşuna”
rast gəlinir. Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik pətək var.
Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı və ya
yuvarlaqdır. Daha da mühüm olan budur ki, bu pətəklərin içində işığı əks
etdirən deyil, sındıran göz büllurları yerləşir. Göz büllurları işığı
sındıraraq arxadakı tor qişa təbəqəsi üzərində fokuslayır.
Qabıqlı dəniz canlıları
sinfindəki növlərin əksəriyyətində sözügedən “işığı sındıran” göz
quruluşu mövcuddur. Qabıqlı dəniz canlılarının ancaq iki növü olan dəniz
xərçəngi və krevetdə isə bir az əvvəl də təhlil etdiyimiz kimi, “işığı
əks etdirən” güzgülü göz vardır. Halbuki təkamülçülərin qəbul
etdiyinə görə, qabıqlı dəniz canlıları sinfinə aid olan bütün canlılar
bir ortaq əcdaddan təkamül yolu ilə törəməlidir. Əgər bu iddianı qəbul
etməli olsaq, “işığı əks etdirən” güzgülü göz quruluşunun da “işığı
sındıran” büllurlu göz quruluşundan təkamül yolu ilə törədiyini qəbul
etməliyik.
Lakin belə bir proses
qeyri-mümkündür. Çünki hər iki göz quruluşu da öz sistemləri daxilində
mükəmməl şəkildə işləyir və heç bir “ara keçid” mərhələ işə yaramır.
Qabıqlı dəniz canlısının gözlərindəki göz büllurunun yavaş-yavaş yox
olması və əvvəlcə mərcəyin yerləşdiyi yerdə güzgülü səthlərin əmələ
gəlməsi canlını hələ ilk mərhələdə görmə qabiliyyətindən məhrum edər və
ona görə də təbii seçmə mexanizmi tərəfindən aradan çıxarılmasına səbəb
olar.
Aydındır ki, hər iki göz
quruluşu iki ayrı plan üzrə dizayn olunmuş və ayrı-ayrı yaradılmışdır.
Bu gözlərdə o qədər qüsursuz geometrik nizam var ki, onların təsadüfən
mövcud olduğunu düşünmək böyük cəfəngiyatdır.
Qulaqdakı dİzayn
Canlılardakı sadələşdirilməz kompleks orqanlara digər maraqlı nümunə isə
duyğu orqanlarımızdan biri olan qulaqlarımızdır.
Eşitmə prosesi, məlum olduğu kimi, havada yayılan titrəmələrlə başlayır.
Bu titrəmələr qulaq seyvanında güclənir. Tədqiqatlar qulaq seyvanının
“konka” adlanan hissəsinin bir növ meqafon funksiyasını yerinə
yetirdiyini və səs dalğalarını xarici qulaq yolunda sıxlaşdırdığını
göstərir. Bu şəkildə səs dalğalarının şiddəti artır.
Beləliklə, gücləndirilən səs xarici qulaq yoluna daxil olur. Xarici
qulaq yolu qulağın qulaq seyvanından qulaq pərdəsinə qədər olan
hissəsidir. Təxminən 3,5 sm uzunluğundakı xarici qulaq yolunun maraqlı
bir xüsusiyyəti daima ifraz edilən qulaq seliyidir. Bu maye
bakteriyaları və həşəratları qulaqdan uzaqlaşdıran antiseptik tərkibə
malikdir. Xarici qulaq yolunun səthindəki hüceyrələr isə xaricə doğru
spiral şəklində düzülmüşdür. Bu sayədə qulaq seliyi daim qulaqdan çölə
axır.
Xarici qulaq yolundan bu şəkildə keçən səs titrəmələri qulaq pərdəsinə
çatır. Qulaq pərdəsi o qədər həssasdır ki, molekul səviyyəsindəki
titrəmələri belə hiss edir. Qulaq pərdəsinin bu həssaslığı sayəsində
səs-küysüz mühitdə sizdən metrlərlə uzaqlıqda pıçıltı ilə danışan insanı
asanlıqla eşidə bilirsiniz. İki barmağınızı bir-birinə yavaşca sürtərək
əmələ gələn səsi belə eşidə bilirsiniz. Pərdənin digər qeyri-adi
xüsusiyyəti isə bir titrəməni qəbul etdikdən sonra dərhal əvvəlki normal
vəziyyətinə düşməsidir. Aparılan hesablamalar qulaq pərdəsinin ən həssas
səs titrəmələrini belə qəbul etdikdən sonra saniyənin mində dördü qədər
zamandan sonra yenidən hərəkətsiz vəziyyətə düşdüyünü göstərir. Əgər bu
pərdə dərhal hərəkətsiz vəziyyətə düşməsəydi, eşitdiyimiz hər səs
qulağımızın içində əks-səda verərdi.

Qulaq pərdəsi ona çatan titrəmələri gücləndirərək orta qulağa ötürür.
Burada bir-biri ilə çox həssas tarazlıqda əlaqədar olan üç kiçik sümük
var. Zindan, çəkic və üzəngi adlanan bu üç sümük pərdədən onlara çatan
titrəmələri gücləndirir.
Ancaq orta qulağın bir də həddindən artıq uca səsləri azaltmaq kimi bir
növ “tampon” xüsusiyyəti də var. Bu xüsusiyyət zindan, çəkic və üzəngi
sümüklərini tənzimləyən, orqanizmin ən kiçik ölçüdəki iki əzələsi
tərəfindən təmin edilir. Bu əzələlər çox uca səsləri daxili qulağa
ötürmədən əvvəl azaldır. Bu sayədə bizim üçün şok yaradacaq dərəcədə uca
səsləri daha aşağı səviyyədə eşidirik. Bu əzələlər bizim nəzarətimiz
olmadan, avtomatik şəkildə iş görürlər. Belə ki, biz yatarkən başımızın
üstündə güclü səs-küy əmələ gəldikdə belə bu əzələlər dərhal gərilir və
daxili qulağa gedən titrəmənin şiddətini azaldır.
Bu cür qüsursuz dizayna malik olan orta qulaq mühüm tarazlığı
qorumalıdır. Bu tarazlıq orta qulaqdakı hava təzyiqi ilə qulaq
pərdəsinin digər tərəfindəki, yəni atmosferdəki hava təzyiqinin bərabər
olmasıdır. Ancaq bu müvazinət də nəzərə alınmış və orta qulaq ilə xarici
dünya arasında hava mübadiləsini təmin edən “ventilyasiya kanalı” da
mövcuddur. Bu kanal ortaq qulaqdan ağzımıza qədər uzanan içi boş boru
olan yevstaxi borusudur.
Daxİlİ
qulaq
Diqqət edilsə, buraya qədər təhlil etdiklərimizin hamısı xarici və orta
qulaqda meydana gələn titrəmələrdən ibarətdir. Titrəmələr davamlı
surətdə ötürülür, amma ortada hələ də mexaniki hərəkətdən başqa bir şey
yoxdur. Yəni səs yoxdur.
Bu mexaniki hərəkətlərin səsə çevrilməsi daxili qulaq adlanan yerdə baş
verir. Daxili qulaqda içi maye ilə dolu olan spiralvari orqan yerləşir.
Bu orqanı formasına görə “ilbiz” adlandırırlar.
Orta qulağın ən son hissəsi olan üzəngi sümüyü ilbizin başlanğıcındakı
pərdəyə bağlıdır. Orta qulaqdakı mexaniki titrəmələr bu yolla daxili
qulağın mayesinə ötürülür.
Daxili qulaqdakı mayeyə çatan titrəmələr bu mayenin içində dalğalanmalar
əmələ gətirir. İlbizin daxili divarlarında isə bu mayenin
dalğalanmalarından təsirlənən kiçik tükcüklər var. Bu tükcüklər mayedəki
dalğalanmalardan asılı olaraq hərəkətə keçirlər. Əgər güclü səs gəlsə,
daha artıq tükcük daha çox əyilir. Xarici dünyadakı hər cür səs tezliyi
bu tükcüklərə fərqli şəkildə təsir edir.

Daxili qulağın mürəkkəb
quruluşu. Bu mürəkkəb sümük quruluşunun içində həm bədənimizin
müvazinətini təmin edən müvazinət sistemi, həm də titrəmələri səsə
çevirən son dərəcə həssas eşitmə sistemi mövcuddur.
Bəs, bu tükcüklərin hərəkətinin mənası nədir? Bir klassik musiqi
konserti dinləməyimizlə, dostumuzun səsini tanımağımızla, avtomobilin
səsini eşitməyimizlə və milyonlarla müxtəlif səsi ayırd etməyimizlə
daxili qulaq ilbizindəki tükcüklər arasında nə cür əlaqə var?
Cavab çox maraqlıdır və qulaqdakı dizaynın kompleksliyini bir daha bizə
göstərir. Bu tükcüklərin hər biri əslində ilbizin daxili divarını əhatə
edən təxminən 16 min ayrı hüceyrənin başında yerləşən mexanizmdir.
Tükcüklər bir titrəməni hiss etdikdə eynilə domino daşları kimi
bir-birlərini itələyərək hərəkət edirlər. Məhz bu hərəkət tükcüklərin
altındakı hüceyrələrin qapılarını açır. Bu sayədə hüceyrələrə ionlar
daxil olur. Tükcüklər əks istiqamətdə əyildikdə isə hüceyrələrin
qapıları bağlanır. Bu daimi hərəkət hüceyrələrin kimyəvi müvazinətlərini
də dəyişdirir və elektrik oyanmaları əmələ gətirmələrini təmin edir. Bu
elektrik oyanmaları sinirlər vasitəsi ilə beyinə ötürülür və beyin də
onları şərh edərək səsə çevirir.
Elm bu sistemin texniki incəliklərini hələ tam aşkar edə bilməmişdir.
Daxili qulaqdakı hüceyrələr sözügedən elektrik siqnallarını əmələ
gətirərkən xarici dünyadan gələn dalğaların tezliklərini, qüvvələrini və
ritmlərini əks etdirməyi də bacarırlar. Bu, o qədər kompleks prosesdir
ki, elm bu günə qədər tezliyi ayırd etmə prosesinin daxili qulaqda,
yoxsa beyində baş verdiyini belə müəyyən edə bilməmişdir.

Daxili qulaqdakı ilbiz adlı
orqanın daxili səthini örtən tükcüklər. Bu tükcüklər kənardan gələn
titrəmələri daxili qulaq mayesi içində əmələ gətirdiyi dalğalanmaya görə
ötürülürlər. Beləcə, tükcüklərin bağlı olduqları hüceyrələrin elektrik
tarazlığı dəyişir və bizim səs olaraq hiss etdiyimiz siqnallar əmələ
gəlir.
Daxili qulaq hüceyrələrindəki tükcüklərin hərəkəti üzərində də durmaq
lazımdır. Bir az əvvəl tükcüklərin domino daşları kimi bir-birlərini
itələyərək əydiklərini demişdik. Ancaq əslində bir tükcüyün etdiyi
hərəkət, əsasən, çox kiçik hərəkətdir. Aparılan araşdırmalar tükcüyün
atomun radiusu qədər hərəkət etməsinin
hüceyrədəki reaksiyanın başlaması üçün kafi olduğunu göstərmişdir. Bu
mövzunu tədqiq edən mütəxəssislər tükcüyün bu həssaslığını tərif etmək
üçün maraqlı bir nümunə verirlər. Əgər tükcüyün məşhur Eyfel qülləsi
hündürlüyündə olduğunu düşünsək, onda ona bağlı olan hüceyrədəki proses
bu qüllənin təpəsi yerindən üç santimetr qədər hərəkət etdikdə belə
başlaya bilər.
Tükcüklərin bir saniyədə nə qədər əyildiyi sualının cavabı da çox
maraqlıdır. Əyilmə səsin tezliyinə görə dəyişir. Səsin tezliyi artdıqca
tükcüklərin yellənməsi də inanılmaz dərəcədə artır. Məsələn, 20 min
tezliyə malik olan səs eşitdikdə tükcüklər də saniyədə 20 min dəfə
yellənirlər.
Buraya qədər təhlil
etdiyimiz bütün məlumatlar bizə eşitmə orqanımız olan qulaqların
qeyri-adi yaradılışa malik olduğunu göstərir və diqqət edilərsə, bu,
“sadələşdirilməz kompleks” formadır. Çünki eşitmənin baş verməsi üçün
bir-birindən əlaqəsiz şəkildə çox sayda hissə tam və qüsursuz şəkildə
mövcud olmalıdır.
Bunlardan biri, məsələn,
orta qulaqdakı “çəkic” sümüyü çıxarılsa və ya forması pozulsa, artıq o
insan heç nə eşidə bilməz. Qulağınızın eşitməsi üçün xarici qulaq
pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, daxili qulaq pərdəsi, ilbiz,
ilbiz mayesi, reseptor hüceyrələr, bu hüceyrələrin titrəməni hiss
etməsini təmin edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir şəbəkəsi
və beyindəki eşitmə mərkəzi kimi müxtəlif hissələrin hər biri tam
şəkildə mövcud olmalıdır. Sistem “mərhələ-mərhələ” inkişaf edə bilməz,
çünki ara mərhələlərin heç biri işə yaramaz.
Təkamülçülərin
qulağın mənşəyİ İlə
bağlı yanılmaları
Qulaqdakı sadələşdirilməz kompleks sistemin mənşəyi təkamülçülər
tərəfindən əsla açıqlana bilməyən mövzudur. Təkamülçülərin bu mövzuda
çox nadir hallarda irəli sürdükləri “nəzəriyyə”lərə baxdıqda təəccüblü
dərəcədə bəsit və səthi məntiqlə qarşılaşırıq. Məsələn, alman bioloq
Hoymar Von Ditfurtun “Əvvəl hidrogen var idi” (İm anfang war der
wasserstoff) adlı kitabını türk dilinə tərcümə edən və mediadakı
məqalələrilə “təkamül mütəxəssisi” statusunu qazanan Veysel Atayman adlı
yazıçı qulağın mənşəyi haqqındakı “elmi” nəzəriyyəsini və “dəlilini”
belə xülasələyir:
Eşitmə orqanımız olan
qulağımız dərimiz adlandırdığımız endoderm və ekzoderm təbəqələrinin
təkamülü nəticəsində əmələ gəlib. Hələ də bas səsləri qarnımzın
dərisində hiss etməyimiz buna dəlildir!
Yəni təkamülçü yazıçı Atayman qulağın bədənimizin digər hissələrindəki
standard dəri təbəqələrindən təkamül yolu ilə törədiyini düşünür, bas
səsləri dərimizdə hiss etməyimizi də bu fikrinə dəlil göstərir.
Əvvəlcə, Ataymanın
“nəzəriyyə”sini, sonra da “dəlil”ini təhlil edək. Qulağın o qədər
müxtəlif hissədən ibarət kompleks quruluşunu bir az əvvəl təhlil etdik.
Bu quruluşun “dəri təbəqələrinin təkamülü” ilə meydana gəldiyini irəli
sürmək bir sözlə xəyal qurmaqdır. Hansı mutasiya-təbii seçmə prosesi bu
cür təkamülü mümkün edə bilər? Əvvəlcə qulağın hansı hissəsi əmələ
gələcək? Bu təsadüf əsəri olan hissə heç bir funksiyası olmadığı halda
təbii seçmə vasitəsilə necə seçiləcək? Təsadüflər qulağın içindəki
həssas mexaniki tarazlıqları, qulaq pərdəsini, zindan, çəkic və üzəngi
sümüklərini, onları tənzimləyən əzələləri, daxili qulağı, ilbizi,
ilbizin içindəki mayeni, tükcükləri, hərəkətə həssas hüceyrələri,
onların sinirlərlə rabitəsini və s. necə əmələ gətirəcəkdir?
Bu sualların heç birinin cavabı yoxdur. Əslində, bütün bu kompleks
quruluşun “təsadüf” olduğunu irəli sürmək “insan ağlına təzyiqdir”.
Maykl Dentonun ifadəsi ilə desək, ancaq bir darvinist bu fikri heç şübhə
etmədən qəbul edər!Təkamülçülər əslində təbii seçmə-mutasiya
mexanizmlərinin də fövqündə, ən kompleks yaradılışa malik sistemləri
təsadüflərlə əmələ gətirən “sehirli çubuqlara” inanırlar.
Ataymanın bu xəyali
nəzəriyyəsinə verdiyi “dəlil” isə daha da maraqlıdır. “Bas səsləri
dərimizdə hiss etməyimiz buna dəlildir” deyir. Səs dediyimiz anlayış
əslində havada yayılan titrəmələrdir. Titrəmə fiziki təsir olduğuna görə,
əlbəttə, toxunma hissimiz tərəfindən də hiss edilə bilər. Ona görə, uca
və bas səsi fiziki cəhətdən hiss etməyimiz olduqca normaldır. Habelə bu
səslər cisimlərə də fiziki cəhətdən təsir edir. Çox güclü səs
gücləndiricilərinin istifadə edildiyi bir otaqda pəncərə şüşələrinin
qırılması buna dəlildir. Maraqlısı budur ki, təkamülçü yazıçı Atayman
bunları “qulağın təkamülünə” dəlil hesab edir. Atayman “qulaq səs
titrəməsini hiss edir, dərimiz də bu titrəməni hiss edir, deməli, qulaq
dəridən təkamüllə törəmişdir” şəklində məntiq yeridir. Əgər Ataymanın
məntiqi ilə düşünsək, “qulaq səs titrəməsini hiss edir, pəncərə şüşəsi
də bu titrəmədən təsirlənir, deməli, qulaq pəncərə şüşəsindən təkamüllə
törəmişdir” də deyilə bilər. Ağılın hüdudlarını aşdıqdan sonra irəli
sürülməyəcək “nəzəriyyə” yoxdur.
Təkamülçülərin qulağın mənşəyi ilə əlaqədar irəli sürdükləri digər
ssenarilər də təəccüblü dərəcədə əsassızdır. Təkamülçülər insan da daxil
olmaqla, bütün məməli canlıların sürünənlərdən təkamüllə törədiyini
iddia edirlər. Ancaq sürünənlərin qulaq quruluşları ilə məməlilərin
qulaq quruluşları, daha əvvəl də bildirdiyimiz kimi, çox fərqlidir.
Bütün məməli canlılar bir az əvvəl bəhs etdiyimiz və üç sümükdən ibarət
orta qulaq quruluşuna malikdirlər. Halbuki bütün sürünənlərin orta
qulaqlarında ancaq bir sümük var. Təkamülçülər bu vəziyyət qarşısında
sürünənlərin çənəsindəki dörd ayrı sümüyün təsadüfən yerini dəyişərək
orta qulağa “keçdiyini” və yenə təsadüfən tam lazım olduğu formaya
düşərək zindan və üzəngi sümüklərinə çevrildiyini iddia edirlər. Eyni
ssenariyə əsasən, sürünənlərin orta qulağında mövcud olan tək sümük də
formasını dəyişdirərək çəkic sümüyünə çevrilmiş və orta qulaqdakı üç
sümük arasındakı olduqca həssas müvazinət təsadüfən təmin edilmişdir.
Heç bir elmi tapıntıya, məsələn, fosil qeydinə əsaslanmayan bu xəyali
iddia öz daxilində də olduqca ziddiyyətlidir. Bu cür təkamül bir canlını
kar edər. Əlbəttə, çənə sümükləri yavaş-yavaş orta qulağın içinə girməyə
başlayan bir canlı eşidə bilməz. Bu cür bir canlı da təkamülçülərin
iddia etdikləri kimi digər canlılar arasında üstün olmayacağına görə,
təbii seçmə ilə seçilməyəcəkdir.
Digər tərəfdən çənə
sümükləri qulaqlarına doğru hərəkət edən bir canlının çənəsi də şikəst
olar. Belə bir canlının çeynəmə qabiliyyəti də çox zəifləyər, hətta
tamamilə yox olar. Bu da canlının aradan çıxması ilə nəticələnər.
Qısası, qulaqların quruluşunun və mənşəyinin təhlil edilməsi ilə ortaya
çıxan nəticələr təkamülçü fərziyyələri açıq şəkildə əsassız edir.
Təkamülçü mənbə olan “The grolier encyclopedia” bu vəziyyət qarşısında
“qulaqların mənşəyi məsələsi qeyri-müəyyəndir” yazaraq etiraf edir.Bu
təkamül üçün qeyri-müəyyəndir. Əslində qulaqdakı sistemi ağılla tədqiq
edən hər kəs onun Allahın üstün yaradılışının dəlili olduğunu asanlıqla
görə bilər.
Rheobatrachus
silus-un çoxalma metodu
Sadələşdirilməz komplekslik sadəcə canlılarda biokimyəvi səviyyədə və ya
kompleks orqanlarda gördüyümüz xüsusiyyət deyil. Canlıların malik olduğu
hələ bir çox bioloji sistem sadələşdirilməz xüsusiyyətə malikdir və ona
görə təkamül nəzəriyyəsini əsassız edir. Avstraliyada yaşayan
Rheobatrachus silus növündən olan qurbağaların qeyri-adi çoxalma metodu
buna misaldır.
Bu növün dişiləri dölləndikdən sonra yumurtalarını qorumaq üçün çox
maraqlı metoddan istifadə edirlər: öz yumurtalarını udurlar.
Yumurtalardan çıxan sürfələr (qurbağa balaları) mədədə qaldıqları 6
həftə boyu daima inkişaf edir. Bəs, necə necə olur ki, sürfələr uzun
müddət həzm olunmadan mədədə qalır? Bunun üçün qüsursuz sistem
yaradılmışdır. Əvvəla, ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə
yemək-içməyi kəsirlər.
Bu sayədə mədələri ancaq balaları üçün olur. Ancaq digər təhlükə mədənin
daima ifraz etdiyi xlorid turşusu və pepsindir. Bu fermentlər normal
şərtlər daxilində balaları çox qısa müddətdə parçalayıb öldürməlidir.
Ancaq buna qarşı çox xüsusi tədbir görülmüşdür. Ananın mədəsindəki bu
fermentlər əvvəlcə, yumurta kapsullarından, daha sonra da sürfələr ifraz
olunan “prostaglandin E2” adlı fermentlə təsirsiz hala salınır.
Beləliklə, balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq, təhlükəsiz
şəkildə böyüyürlər.

Bu qurbağa növünün
dişiləri bala çıxartma zamanı boyunca balalarını mədələrində saxlayır və
axırda balalarını ağızlarında dünyaya gətirirlər. Ancaq bu əməliyyat
üçün yumurtaların quruluşunun nizamlanması, mədə turşularının təsirsiz
edilməsi, ananın həftələrlə qidalanmadan yaşaya bilməsi üçün bir çox
nizamlanma eyni zamanda və xətasız olaraq işləməlidir.
Bəs, bu sürfələr analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə
qarşı da xüsusi həll yolu var. Bu növdən olan yumurtalar digər qurbağa
növlərinin yumurtalarına nisbətən olduqca böyükdür. Bunun səbəbi isə
yumurtaların içinə balanı qidalandırmaq üçün zülalla zəngin olan yumurta
sarısı təbəqəsi yerləşdirilməsidir. Bu yumurta sarısı balaları 6 həftə
boyu qidalandırmaq üçün kifayətdir.
Doğuş anı da qüsursuz
şəkildə yaradılmışdır. Balalar mədədən çıxıb xarici aləmə addım atarkən
ananın qida borusu doğuş əsnasında olduğu kimi genişlənir. Balalar çölə
çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki
vəziyyətinə düşür.
Rheobatrachus silus növündən olan qurbağaların bu qeyri-adi çoxalma
metodu təkamül nəzəriyyəsini təkzib edir. Çünki bu çoxalma sistemi
“sadələşdirilməz komplekslik” xüsusiyyətinə malikdir. Sistemin uğurlu
olması və dolayısı ilə qurbağanın çoxala bilməsi üçün bütün mərhələlərin
tam şəkildə olması şərtdir. Ananın yumurtaları udacaq və 6 həftə boyu
heç nə yeməyəcək instinktə malik olması labüddür. Yumurtalar da mədə
turşularını təsirsiz edən mayeni ifraz etməlidir. Digər tərəfdən,
yumurtalara balaların 6 həftə boyu qidalanmasını təmin edən böyük
yumurta sarısı təbəqəsinin əlavə edilməsi və ya doğuş anında ananın qida
borusunun genişlənməsi də şərtdir. Bunların hamısı eyni anda baş verməsə,
çoxalma baş verməyəz və qurbağanın nəsli kəsilər.
Ona görə də bu sistem
təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, mərhələ-mərhələ meydana gələ
bilməz. Dünyadakı ilk Rheobatrachus silus növündən olan qurbağa bu
qüsursuz sistemə malik şəkildə var olmuşdur, başqa sözlə, yaradılmışdır.
Nətİcə
Bu bölmədə sadələşdirilməz
komplekslik anlayışını sadəcə bir neçə nümunə əsasında təhlil etdik.
Əslində canlıların bir çox orqan və sistemi bu xüsusiyyətə malikdir.
Xüsusilə biokimyəvi səviyyədəki sistemlər bir-birindən asılı olmayan çox
sayda hissənin uyğunluq içərisində işləməsi ilə funksiyasını yerinə
yetirir və heç cür bəsitə reduksiya edilə bilməz. Bu həqiqət
canlılardakı üstün xüsusiyyətləri təsadüfi proseslərlə açıqlamağa
çalışan darvinizmi təkzib edir. Darvin “əgər bir-birini təqib edən çox
sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin
qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə məhv olacaq” deyib.
Müasir biologiya isə bu qeyri-mümkünlüyü saysız-hesabsız nümunə ilə
sübut edir və darvinizmi “tamamilə” məhv edir.
YUXARI |