Əvvəlki bölmələrdə təkamül
nəzəriyyəsinin paleontologiya və molekulyar biologiya sahələrində
qarşılaşdığı ziddiyyətləri və düşdüyü çıxılmaz vəziyyətləri elmi
dəlillər və kəşflər əsasında təhlil etdik. Bu bölmədə isə təkamülçü
mənbələrdə nəzəriyyəyə dəlil kimi göstərilən bəzi bioloji faktlardan
bəhs edəcəyik. Bu faktlar əslində təkamül nəzəriyyəsini dəstəkləyən heç
bir elmi kəşfin olmadığını göstərir.
Bakterİyaların
antibİotİklərə
qarşı müqavİmətİ
Təkamülçülərin
nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışdıqları bioloji faktlardan
biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Təkamül
nəzəriyyəsini dəstəkləyən bir çox mənbə antibiotiklərə qarşı müqaviməti
“faydalı mutasiyaların canlıları təkmilləşdirdiyinə nümunə” kimi
göstərir. Buna bənzər bir iddia DDT kimi dərman vasitələrinə qarşı
immunitet qazanan həşəratlar haqqında da irəli sürülür. Halbuki bu
məsələdə də təkamülçülər yanılırlar.
Antibiotiklər bəzi mikroorqanizmlər tərəfindən digər mikroorqanizmlərə
qarşı mübarizə aparmaq üçün hazırlanan “öldürücü molekullardır”. İlk
antibiotik 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf edilən
penisilindir. Fleminq kif göbələyinin stafilakokk (Staphylococcus)
bakteriyasını öldürən molekul hazırladığını aşkar etmiş və bu kəşf tibb
dünyasında yeni cığır açmışdır. Mikroorqanizmlərdən götürülən
antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu
nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki,
bakteriyalar antibiotiklərə qarşı zaman ərzində immunitet qazanırlar.
Bunun mexanizmi isə belə işləyir: antibiotikə məruz qalan bakteriyaların
böyük hissəsi ölür, amma bəziləri bu antibiotikdən təsirlənmir və bunlar
sürətlə çoxalaraq bütöv populyasiya əmələ gətirirlər. Beləliklə, bütün
populyasiya antibiotikə qarşı müqavimətlı olur.
Təkamülçülər isə bu faktı
“bakteriyaların şərtlərə uyğunlaşaraq təkamül keçirməsi” kimi göstərməyə
cəhd edirlər.
Halbuki məsələ bu səthi
təkamülçü dəyərləndirmədən çox fərqlidir. Bu mövzuda ən ətraflı elmi
fəaliyyət göstərən şəxslərdən biri 1997-ci ildə nəşr olunmuş “Təsadüfən
deyil” (Not by chance) adlı kitabı ilə tanınan israilli biofizik prof.
Li Spetnerdir. Spetner bakteriya immunitetinin iki fərqli mexanizmlə
təmin edildiyini, amma bunların ikisinin də təkamül nəzəriyyəsinə heç
bir dəlil olmadığını izah edir. Bu iki mexanizm:
1)Bakteriyalarda əvvəlcədən mövcud olan müqavimət genlərinin ötürülməsi
və,
2)Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların
antibiotikə qarşı müqavimət qazanmasıdır.
Spetner 2001-ci il tarixli bir məqaləsində ilk mexanizmi belə izah edir:
Bəzi mikroorqanizmlər
antibiotiklərə müqavimət göstərən genlərə malikdirlər. Bu immunitet
antibiotik molekulunun formasını pozma və ya onu hüceyrədən kənara atma
sayəsində baş verir. Bu genlərə malik olan orqanizmlər bunu digər
bakteriyalara ötürərək onlara da immunitet qazandıra bilirlər. İmmunitet
mexanizmi müəyyən antibiotikə istiqamətlənsə də, bir çox patogenik
bakteriya fərqli gen dəstləri qazanır.
Prof. Spetner bunun “təkamülə dəlil” olmadığını isə belə açıqlayır:
Antibiotikə qarşı
müqavimətin bu şəkildə əldə edilməsi... təkamül üçün dəlil təşkil etməsi
gözlənilən mutasiyalar üçün nümunə deyil. Nəzəriyyəyə (təkamül) dəlil
göstərilən mutasiyalar bakteriyanın genomuna məlumat əlavə edən genetik
dəyişikliklər deyil, bu dəyişikliklər eyni zamanda bütün biokosma (bioloji
aləmə) məlumat əlavə etməlidir. Genlərin üfüqi ötürülməsi ancaq bəzi
növlərdə mövcud olan məlumatı yayır.

Bakteriyalar, müqavimət genlərini bir-birlərinə köçürərək antibiotiklərə
qarşı qısa müddətdə immunitet qazanarlar. Üstdə, E. Colin
bakteriyalarının meydana gətirdiyi bir populyasiya iştirak edir.
Yəni təkamül yoxdur, çünki yeni genetik məlumat ortaya çıxmır, sadəcə
əvvəlcədən mövcud olan bir genetik məlumat bakteriyalar arasında
ötürülür.
İmmunitetin ikinci növü, yəni mutasiya nəticəsində üzə çıxan immunitet
də təkamülə dəlil deyil. Spetner bu mövzunu belə açıqlayır:
Bəzən də bir mikroorqanizm
bircə nukleotidin (DNT pilləsinin) təsadüfən yerini dəyişdirməsi
nəticəsində antibiotikə qarşı immunitet qazanır... Məsələn, ilk dəfə
Uoksman və Albert Şatz tərəfindən kəşf edilən, 1944-cü ildə xəbər
verilən Streptomisin (Streptomycin) bakteriyaların bu yolla immunitet
qazandığı bir bakteriyadır. Amma keçirdikləri mutasiya Streptomisin üçün
yararlı olsa da, yenə də bu neo-darvinist nəzəriyyənin ehtiyacı olan
mutasiya növü deyil. Streptomisinə immunitet qazandıran mutasiyanın
təsiri ribosomda ortaya çıxır və bu mutasiya antibiotik molekulu ilə
ribosom arasındakı molekulyar cütləşməni pozur.
Spetner bu hadisəni “Təsadüfən deyil” (Not by chance) adlı kitabında
qıfıl-açar əlaqəsinin pozulmasına bənzədir. Streptomisin bir qıfıla
tamamilə uyğun gələn bir açar kimi bakteriyaların ribosomuna yapışır və
bu ribosomu təsirsiz hala salır. Mutasiya isə ribosomun formasını pozur
və bu təqdirdə Streptomisin ribosoma yapışa bilmir. Bu, “bakteriya
streptomisinə qarşı immunitet qazandı” kimi izah edilsə də, əslində
bakteriya üçün qazanc deyil, itkidir. Spetner sözünə belə davam edir:
Məlum olur ki, (ribosomun
quruluşundakı) bu pozulma bir xüsusiyyətin azalması, yəni bir məlumat
itkisidir. İş də burasındadır ki, (təkamül) bu cür mutasiyalarla baş
vermir, bu mutasiyalar nə qədər çox olsa da. Təkamülün xüsusiyyəti
azaldan mutasiyalarla baş verməsi mümkün deyil...
Mövzunun xülasəsi belədir: bakteriyanın ribosomuna təsir edən bir
mutasiya bu bakteriyanı streptomisinə qarşı müqavimətli edir. Amma bunun
səbəbi mutasiyanın ribosomu “pozmasıdır”. Yəni bakteriyaya genetik
məlumat əlavə edilmir. Əksinə, ribosomun forması pozulur, əslində bir
növ bakteriya “şikəst” olur. (Belə ki, bu mutasiyanı keçirən
bakteriyaların ribosomunun normal bakteriyalara nisbətən daha faydasız
olduğu müəyyən edilmişdir). Bu “şikəstlik” ribosoma yapışacaq quruluşa
malik olan antibiotikə mane olduğu üçün “antibiotikə qarşı müqavimət”
əmələ gəlir.
Nəticədə ortaya “genetik məlumatı təkmilləşdirən” mutasiya nümunəsi
çıxmır. Antibiotikə qarşı müqaviməti təkamülə dəlil kimi göstərmək
istəyən təkamülçülər mövzunu çox səthi şəkildə dəyərləndirir və
yanılırlar.
Eyni vəziyyət DDT və buna bənzər kimyəvi maddələrə qarşı həşəratlarda
əmələ gələn immunitetə də aiddir. Bu immunitet nümunələrinin çoxunda
əvvəlcədən mövcud olan immunitet genlərindən istifadə edilir. Təkamülçü
bioloq Fransisko Ayala “Həşərat zəhərlərinin ən təsirli növlərinə qarşı
immunitet bu süni maddələr həşəratlara tətbiq edildikdə o həşərat
növünün müxtəlif genetik variasiyalarında açıq şəkildə mövcud idi”
deyərək bu həqiqəti qəbul edir.Mutasiya ilə açıqlanan digər bəzi
nümunələr isə eynilə yuxarıda izah edilən ribosom mutasiyasında olduğu
kimi həşəratlarda “genetik məlumat itkisinə” yol açan faktlardır.
Bu halda bakteriya və həşəratlarda immunitet mexanizmlərinn təkamül
nəzəriyyəsinə dəlil olduğu irəli sürülə bilməz. Çünki təkamül
nəzəriyyəsi canlıların mutasiyalar yolu ilə inkişaf etdiyi iddiasına
əsaslanır. Spetner nə antibiotikə qarşı immunitetin, nə də başqa bioloji
faktın bu cür mutasiyaya nümunə olmadığını belə açıqlanır:
Makrotəkamülün ehtiyacı olan mutasiyalar heç vaxt müşahidə edilməmişdir.
Neodarvinist nəzəriyyənin ehtiyacı olan təsadüfi mutasiyaları təmsil
edən, molekulyar səviyyədə təhlil edilmiş heç bir mutasiyanın genetik
məlumat əlavə etdiyi müşahidə edilməmişdir. Sual: “müşahidə edilmiş
mutasiyalar nəzəriyyəyə dəlil olan mutasiyalardır?” Cavab: “Xeyr”.
Rudİment
orqanlar xətası
Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum
olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də
“rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər “rudiment
orqanları” hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə
çalışırlar.
Rudiment orqanlar iddiası
bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların
orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə
edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.

Korlaşmış orqanlar əfsanəsinin etibarsızlığı haqqında elmi bir iş: "korlaşmış
Orqanlar" Tamamilə Funksional.
Bu əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı.
“Funksiyasını itirmiş orqanlar” əslində “funksiyası müəyyən edilməmiş”
orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən
sadalanan uzun “rudiment orqanlar” siyahısının getdikcə qısalması oldu.
Özü də bir təkamülçü olan S.R.Skedinq “Təkamül nəzəriyyəsi”
(Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar
təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:
(Biologiya haqqında) məlumatımız artdıqca rudiment orqanlar siyahısı da
getdikcə qısaldı... Bir orqanın funksiyasız olduğunu müəyyən etmək
mümkün olmadığına və onsuz da rudiment orqanlar iddiası elmi xüsusiyyət
daşımadığına görə, “rudiment orqanların” təkamül nəzəriyyəsi lehinə hər
hansı dəlil təşkil etmədiyi nəticəsinə gəlmişəm.
Alman anatomiyaçısı R.Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan
“rudiment insan orqanları” siyahısı appendiks, büzdüm sümüyü kimi
təxminən 100 orqandan ibarət idi. (Appendiks, əsasən, “apendisit” kimi
tanınan orqandır. Dilimizdə səhvən “appendisit” tələffüz edilən bu söz
əslində bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm
inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının
orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn,
“rudiment orqan” hesab edilən appendiksin əslində orqanizmə daxil olan
mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu
müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə
bildirilir:
Orqanizmdəki qalxanabənzər
vəz, dalaq, appendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin
hissələridir. Onlar da orqanizmin infeksiya ilə mübarizə aparmasına
kömək edirlər.
Eyni “rudiment orqanlar” siyahısına daxil edilmiş badamcıqların da
boğazı xüsusilə yetkinlik yaşına qədər infeksiyalara qarşı qorumaqda
mühüm rol oynadığı məlum oldu. Onurğa sümüyünün son hissəsi olan büzdüm
sümüyünün isə çanaq sümüyünün ətrafındakı sümüklərə dəstək olduğu, bu
səbəbdən, büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmadığı məlum
oldu. Bundan əlavə, bu sümüyün çanaq hissəsindəki orqanların və buradakı
müxtəlif əzələlərin də birləşdiyi sümük olduğu müəyyən edildi.

Təkamülçü bioloqların "korlaşmış orqan" sandıqları apandiksin (üstdə)
bədənin müdafiə sistemində əhəmiyyətli bir rol oynadığı aydın var.
Büzdüm olaraq bilinən onurğa ən alt sümüyü isə yenə "korlaşmış orqan"
deyil, əhəmiyyətli əzələlərin yapışma nöqtəsidir.
Sonrakı illərdə yenə “rudiment orqanlardan” hesab edilən qalxanabənzər
vəzin T hüceyrələrini hərəkətə gətirərək orqanizmin limfa sistemini
aktivləşdirdiyi, epifiz vəzin lütein hormonuna təsir edən melatonin
hormonu ifraz etdiyi kəşf edildi. Tiroid vəzinin körpələrdə və uşaqlarda
orqanizmin normal inkişafını təmin etdiyi və maddələr mübadiləsi və
orqanizmin aktivliyinin tənzimlənməsində rol oynadığı müəyyən edildi.
Hipofiz vəzinin ön payının da tiroid, böyrəküstü vəz, çoxalma vəzləri
kimi bir çox hormon vəzinin düzgün fəaliyyət göstərməsini və skeletin
inkişafını tənzimlədiyi aşkar edildi.
Darvin tərəfindən “rudiment
orqan” adlandırılan gözdəki aypara formasındakı çıxıntının isə gözün
təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum oldu.
Rudiment orqanlar
iddiasında təkamülçülərin çox mühüm məntiqi səhvi də vardı. Məlum olduğu
kimi bəzi təkamülçülər canlılardakı rudiment orqanların keçmişdəki
əcdadlarından miras qaldığını iddia edirdilər. Halbuki “rudiment orqan”
hesab edilən bəzi orqanlar insanın əcdadı olduğu iddia edilən canlılarda
yoxdur! Məsələn, təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən
bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı
çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir:
İnsanların appendiksi var.
Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur.
Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik olan məməlilərdə,
məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi
bunu necə açıqlaya bilər?
Bütün bunlarla bərabər, funksiyasını itirmiş bir orqanın zaman ərzində
kiçilərək yox olması məntiqi cəhətdən ziddiyyətlidir. Bu ziddiyyəti dərk
edən Darvin “Növlərin mənşəyi” kitabında belə etiraf edir:
Bununla yanaşı, başqa bir
çətinlik də var. Bir orqan artıq funksiyasını itirdiyi üçün çox
kiçildikdən sonra iz qoyaraq necə kiçilə bilir və nəticədə necə tamamilə
yoxa çıxır? Bir orqan bir dəfə funksiyasını itirdikdən sonra istifadəsiz
qalmasının həmin orqana müsbət təsiri ola bilməz. Burada mənim verə
bilməyəcəyim bir açıqlamaya ehtiyac var.
Qısaca desək, təkamülçülər tərəfindən ortaya atılan rudiment orqanlar
ssenarisinin həm öz daxilində məntiqi səhvləri var, həm də elmi cəhətdən
səhvdir. İnsanlarda “əcdadlarından miras qalmış” heç bir rudiment orqan
yoxdur.
“Rudİment
orqanlara” daha bİr zərbə: atın ayağı
Rudiment orqanlar nağılına ən son zərbəni atın ayağı üzərində aparılmış
bir tədqiqat vurdu. “Təbiət” (Nature) jurnalının 20-27 dekabr 2001-ci il
tarixli sayında dərc edilən “Biomexanika: təhlükəli vibrasiyalara qarşı
amortizator” (Biomechanics: Damper for bad vibrations) adlı məqalədə
belə deyilir:
Atların ayaqlarındakı bəzi
əzələ lifləri heç bir funksiyası olmayan təkamül prosesinin qalıqları
kimi görünür. Ancaq əslində bu əzələ lifləri at qaçarkən ayağın içində
əmələ gələn zərərli titrəmələrin qarşısını alırlar.
Məqalə belə davam edir:
Atların və dəvələrin
ayaqlarında 6 millimetrdən daha qısa əzələ liflərinə bağlı olan 600
millimetrdən daha uzun vətərləri olan əzələləri var. Bu cür qısa
əzələlər heyvan hərəkət etdikcə uzunluğunu ancaq bir neçə millimetr
dəyişdirə bilir və bunlar böyük məməlilərin o qədər də işinə yarayan
kimi görünmür. Vətərlər passiv yaylar kimi funksiya yerinə yetirir və
qısa əzələ liflərinin lazımsız olduğu təkamül prosesində funksiyasını
itirmiş daha uzun liflərin qalıqları olduğu hesab edilmişdir. Ancaq
Uilson və həmkarları... bu liflərin sümük və vətərləri potensial şəkildə
zərər verən titrəmələrdən qoruduğunu irəli sürürlər...
Təcrübələr qısa əzələ
liflərinin bir ayağın yerə vurulmasının ardınca əmələ gələn zərərli
titrəmələri yavaşlatdığını göstərmişdir. Qaçan bir heyvan ayağını yerə
vurduqda bu zərbə ayağın titrəməsinə səbəb olur, titrəmələrin tezliyi
nisbi yüksəkdir. Məsələn, atlarda 30-40 hz – ayaq yerdə ikən bu zərbələr
yavaşladılmasa, artıq titrəmə dövranı baş verir.
Titrəmələr zərər verə bilər,
çünki sümük və vətərlər yorğunluq vəziyyətindən tez təsirlənirlər. Sümük
və vətərlərdəki yorğunluq təkrarən baş verən təzyiqdən qaynaqlanan
zərərin toplanmasıdır. Sümük yorğunluğu həm atletlərdə, həm də yarış
atlarında mənfi təsirlər meydana gətirən zərbə qırılmalarının səbəbidir
və vətər yorğunluğu ən az bəzi vətər infeksiyalarının səbəbi ola bilər.
Uilson və həmkarları çox qısa əzələ liflərinin əmələ gələn titrəmələri
yavaşladaraq həm sümükləri, həm də vətərləri qoruduğunu irəli sürürlər.
Qısaca desək, atların anatomiyasının daha diqqətlə təhlil edilməsi
təkamülçülərin funksiyasız olduğunu iddia etdikləri orqanların çox mühüm
funksiyaları olduğunu üzə çıxarmışdır.
Başqa sözlə, elmi
irəliləyiş təkamülün dəlili kimi dəyərləndirilən xüsusiyyətlərin əslində
yaradılış həqiqətinin dəlili olduğunu göstərmişdir. Təkamülçülər
obyektiv hərəkət etməli və elmi kəşfləri ağılla dəyərləndirməlidirlər.
“Təbiət” (Nature) jurnalında bu mövzu belə şərh edilir:
Uilson və həmkarları
təkamül prosesi ərzində funksiyasını itirmiş bir orqanın qalığı kimi
görünən bir əzələnin mühüm rolu olduğunu tapdı. Onların bu elmi
fəaliyyəti digər rudiment orqanların da (insan appendiksi kimi)
göründüyü kimi funksiyasız olub-olmadığı sualını doğurur.
Əldə edilən bu nəticələr təəccüblü deyil. Təbiətlə əlaqədar nə qədər çox
şey öyrənsək, o qədər çox yaradılış dəlilini görürük. Maykl Behenin
bildirdiyi kimi, “dizaynın olduğu nəticəsinə bilmədiklərimizə deyil, son
50 il boyu öyrəndiklərimizə görə gəlirik”.Buradan darvinizmin
cahillikdən qaynaqlanan iddia olduğu məlum olur.
Rekapİtulyasİya
xətası
Bu gün Türkiyədəki bəzi təkamülçü KİV-lərdə uzun müddət əvvəl elmi
ədəbiyyatdan çıxarılmış “Rekapitulyasiya” nəzəriyyəsi elmi həqiqət kimi
göstərilir. Rekapitulyasiya termini təkamülçü bioloq Ernst Hekkelin XIX
əsrin sonlarında ortaya atdığı “Ontogenez filogenezin təkrarıdır”
(Ontogeny recapitulates phylogeny) nəzəriyyəsinin xülasəli şəkildə
ifadəsidir.
Hekkel tərəfindən irəli
sürülən bu nəzəriyyə canlı rüşeymlərinin inkişaf prosesi ərzində
“əcdadlarının” keçirdiyi təkamül prosesini təkrarladıqlarını iddia
edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində
əvvəlcə balıq, sonra sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda
insana çevrildiyini irəli sürürdü.
Halbuki sonrakı illərdə bu
nəzəriyyənin tamamilə təxəyyül məhsulu olan bir ssenari olduğu məlum
olmuşdur. İnsan rüşeyminin ilk dövrlərində üzə çıxdığı iddia edilən
“qəlsəmələrin” əslində insanın orta qulaq kanalının, paratiroidlərinin
və qalxanabənzər vəzlərinin başlanğıcı olduğu məlum olmuşdur. Rüşeymin
“yumurta sarısı kisəsinə” bənzədilən hissəsinin də əslində uşaq üçün qan
hazırlayan kisə olduğu aşkar edilmişdir. Hekkelin və onun davamçılarının
“quyruq” adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür və
ayaqlardan əvvəl meydana gəldiyi üçün “quyruq” kimi görünür.

Ernst
Haeckel, etdiyi saxta embrion çizimleriyle, elm dünyasını bir əsr
boyunca aldatdı.
Bunlar elm dünyasında hər
kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər də bunu qəbul edirlər.
Qabaqcıl darvinistlərdən olan Corc Qeylord Simpson və U.Bek “Hekkel
təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji
inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur” deyə yazırlar.
16 oktyabr, 1999-cu il tarixli “New scientist” jurnalında dərc olunmuş
bir məqalədə Hekkelin Biogenetika qanunu haqqında belə deyilir:
(Hekkel) bunu Biogenetika
qanunu adlandırdı və bu fikir rekapitulyasiya kimi məşhurlaşdı. Əslində
Hekkelin dəyişilməz görünən qanununun qısa müddət sonra səhv olduğu
aşkar oldu. Məsələn, insan rüşeyminin əsla balıqlar kimi qəlsəmələri
yoxdur və heç vaxt yetkin sürünənə və ya meymuna bənzəyən inkişaf
mərhələsindən keçmir.321
“American scientist”də dərc olunan bir məqalədə isə belə deyilir:
Biogenetika qanunu (Rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə məhv
olmuşdur. 1950-ci ildə dərsliklərdən çıxarılmışdır. Əslində elmi
mübahisə kimi XX əsrin 20-ci illərində sonu çatmışdı.
Məsələnin daha da maraqlı cəhəti isə Ernst Hekkelin əslində ortaya
atdığı Rekapitulyasiya nəzəriyyəsini dəstəkləmək üçün rəsm
saxtakarlıqları etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə
bənzətmək üçün saxta rəsmlər çəkmişdir. Bunun üzə çıxmasından sonra
özünü müdafiə etmək üçün dediyi sözlər isə digər təkamülçülərin də buna
bənzər saxtakarlıqlar etdiyini bildirməkdən ibarət idi:

Haeckelin saxta şəkilləri
Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış
hesab etməliyəm. Lakin mənim təsəllim budur ki, mənim kimi təqsirkar
yüzlərlə həmkarımın, bir çox etibarlı müşahidəçi və məşhur bioloqun nəşr
etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında
mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox
təhrif edilmiş rəsmlər var.
Məşhur elmi jurnal olan “Elm”in (Science) 5 sentyabr, 1997-ci il sayında
Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə
dərc olundu. “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən aşkar edildi”
başlıqlı məqalədə belə deyilir:
Londondakı Müqəddəs Corc
Xəstəxanası Tibb Məktəbindən təkamülçü Maykl Riçardson “(Hekkelin
rəsmlərinin) verdiyi təsəvvür, yəni rüşeymlərin bir-birinə çox bənzəməsi
yalandır” deyir... O və həmkarları Hekkelin çəkdiyi növdəki və yaşdakı
canlıların rüşeymlərini yenidən təhlil edərək və fotoşəkillərini çəkərək
müqayisə etmişlər. Riçardson “Anatomiya və embriologiya” (Anatomy and
embryology) jurnalında yazdığı məqalədə “rüşeymlər təəccüblü dərəcədə
fərqlidirlər” deyə qeyd edir.
Hekkelin rüşeymləri oxşar
göstərmək üçün bəzi orqanları qəsdən rəsmlərində göstərmədiyini və ya
xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” (Science) jurnalı
məqalənin ardında bu məlumatları verir:
Riçardson və qrupunun
bildirdiyinə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla
kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər
göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi
ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri
gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan
qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun
bildirdiyinə görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin
rüşeymlərində belə görünüş və inkişaf prosesi baxımından çox böyük
fərqlər var. Riçardson “Hekkelin rəsmləri biologiyadakı ən böyük
saxtakarlıqlardan biridir” deyir.

Son illərdə
aparılan müşahidələr, fərqli canlıların embrionlarının heç də Haeckelin
göstərdiyi kimi bənzər olmadıqlarını ortaya qoymuş vəziyyətdə. Üstdəki
məməli, sürünən və yarasa embrionları arasındakı fərqlilik, bunun açıq
bir nümunəsi.
“Elm” (Science) jurnalındakı məqalədə Hekkelin bu məsələ ilə bağlı
etiraflarının bu əsrin əvvəlindən etibarən ört-basdır edildiyindən və
saxta rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə
başlanmasından da belə bəhs edir:
Hekkelin etirafları
rəsmlərinin 1901-ci ildə “Darvin və Darvindən sonra” (Darwin and after
Darwin) adlı kitabda nəşr olunmasından sonra itdi. Rəsmlər ingiliscə
biologiya dərsliklərində həddindən artıq çoxaldıdı.
Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə
üzə çıxmış, amma bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu
aldadılmışdır.

Məşhur elm
jurnalı Science, 5 Sentyabr 1997 tarixli sayında, Haeckelin embrion
şəkillərinin bir saxtakarlıq məhsulu olduğunu açıqlayan bir məqalə nəşr
etdi. Məqalədə embrionların gerçəkdə bir-birlərindən çox fərqli olduğu
izah edilirdi.
YUXARI |