| 
		Yer 
		üzündəki müxtəlif canlı növlərini nəzərdən keçirən hər insan bu növlər 
		arasında bəzi oxşar orqan və xüsusiyyətlər olduğunu müşahidə edə bilər. 
		XVIII əsrdən etibarən bioloqların diqqətini çəkən bu faktı təkamül 
		nəzəriyyəsi ilə əlaqələndirən ilk şəxs isə Darvin olmuşdur. Darvin oxşar 
		(homoloji) orqanlara malik canlıların bir-birləri ilə təkamül xarakterli 
		əlaqəsi olduğunu və bu canlıların bir ortaq əcdaddan gəldiyini irəli 
		sürmüşdür. Onun fikrincə, məsələn, göyərçinlərin də qanadları var, 
		qartalların da qanadları var, deməli, göyərçinlər, qartallar və bunlar 
		kimi bütün quşlar ortaq bir əcdaddan təkamül yolu ilə törəmişlər. 
		Lakin homologiya heç bir 
		dəlilə əsaslanmayan, ancaq xarici görünüşlərə əsasən ortaya atılmış 
		səthi fərziyyədir. Bu fərziyyə Darvindən dövrümüzə qədər heç bir konkret 
		kəşf ilə təsdiqlənməmişdir. Əvvəla, homoloji formalara malik canlıların 
		təkamülçülər tərəfindən irəli sürülən xəyali ortaq əcdadlarının 
		fosillərinə yer üzünün heç bir təbəqəsində rast gəlinməmişdir. Bundan 
		əlavə: 
		1.Təkamülçülərin 
		heç bir təkamül əlaqəsi qura bilmədikləri, tamamilə fərqli siniflərə aid 
		canlılarda belə ortaq homoloji orqanların olması, 
		2.Homoloji 
		orqanlara malik olan canlılarda bu orqanların genetik şifrələrinin çox 
		fərqli olması, 
		 
		3.
		Homoloji 
		orqanlara malik canlılarda bu orqanların embrioloji inkişaf 
		mərhələlərinin bir-birindən çox fərqli olması homologiyanın təkamülə heç 
		bir əsas təşkil etmədiyini göstərmişdir.
 İndi bunları sıra ilə təhlil edək.
 
		  
		
		Morfolojİ 
		homologİya İddİasının 
		əsassızlığı
 Təkamülçülərin homologiya tezisi oxşar morfologiyalara (formalara) malik 
		bütün canlılar arasında təkamül xarakterli əlaqə qurma məntiqinə 
		əsaslanır. Halbuki aralarında heç bir təkamül xarakterli əlaqə qura 
		bilmədikləri növlərin də bir-birlərinə çox bənzəyən (homoloji) orqanları 
		var. Qanad buna misaldır. Məməli növü olan yarasada qanad var, quşlarda 
		qanad var, milçəklərdə də qanad var, bundan başqa keçmişdə yaşamış uçan 
		sürünənlərdə də var. Lakin bu dörd fərqli sinif arasında təkamülçülər 
		hər hansı təkamül əlaqəsi, qohumluq qura bilmirlər.
 
		 
		Ahtapotlar, evrimcilerin 
		ortaya attıkları "hayat ağacı"na göre insana en uzak canlılardan biridir. 
		Ancak ahtapot gözü ile insan gözü tamamen aynı yapıya sahiptir. Bu 
		durum, benzer yapıların evrime delil olmadığının bir göstergesidir. 
		Buna dair digər nümunə isə fərqli canlıların gözlərindəki 
		heyrətləndirici bənzərlik və quruluş cəhətdən oxşarlıqdır. Məsələn, 
		oktapod (səkkizayaqlı ilbiz) və insan aralarında heç bir təkamül əlaqəsi 
		qurula bilməyən çox fərqli canlılardır. Lakin hər ikisinin də gözləri 
		forma və funksiya baxımından bir-birinə çox yaxındır. İnsanla oktapodun 
		oxşar gözlərə malik ortaq əcdadları olduğunu isə təkamülçülər iddia edə 
		bilmirlər. 
		Bu vəziyyət qarşısında 
		təkamülçülər bu orqanların “homoloji” (ortaq əcdaddan törəyən) 
		orqanlar deyil, “analoji” (aralarında təkamül əlaqəsi olmadığı 
		halda bir-birinə çox bənzəyən) orqanlar olduğunu söyləyirlər. Məsələn, 
		insan gözü ilə oktapod gözü onların fikrinə görə analoji orqandır. Ancaq 
		bir orqanı homoloji kateqoriyaya, yoxsa analoji kateqoriyaya aid 
		edəcəkləri sualı tamamilə təkamül nəzəriyyəsinin ön mühakimələrinə 
		əsasən cavablanır. Bu isə bənzərliklərə əsaslanan təkamülçü iddianın 
		elmi cəhəti olmadığını göstərir. Təkamülçülərin etdiyi yeganə şey doğru 
		hesab etdikləri təkamül doqmasına əsasən qarşılarına çıxan tapıntıları 
		şərh etməkdən ibarətdir. 
		Lakin verdikləri izah 
		olduqca əsassızdır. Çünki “analoji” hesab etdikləri orqanlar bəzən 
		həddindən artıq kompleks formalarına baxmayaraq, bir-birlərinə o qədər 
		bənzəyir ki, bu bənzərliyin təsadüfi mutasiyalar nəticəsində əmələ 
		gəldiyini irəli sürmək böyük məntiqsizlikdir. Əgər oktapodun gözü 
		təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəlmişsə, necə olur 
		ki, onurğalı gözü eyni təsadüfləri təkrarlayaraq üzə çıxır? Bu sualı 
		düşünməkdən “başı ağrayan” məşhur təkamülçü Frenk Seylsberi belə yazır:
		
		 
		 
		Uçan sürünən, quş və yarasa 
		qanadları. Arada heç bir təkamülçü əlaqə qurula bilməyən bu qanadlar 
		oxşar quruluşa sahibdirlər. 
		  
		 
		Başta kangurular 
		olmak üzere Avustralya kıtasında yaşayan memeli canlıların hepsi "keseliler" 
		sınıflamasına dahildir. Evrimcilere göre, dünyanın diğer bölgelerindeki 
		plasentalı memelilerle hiçbir evrimsel ilişkileri yoktur. 
		Göz qədər kompleks orqan belə müxtəlif canlılarda ayrı-ayrı ortaya 
		çıxmışdır. Məsələn, oktapodda, onurğalılarda və buğumayaqlılarda. 
		Bunların bir dəfəyə əmələ gəlmələrini açıqlamaq kifayət qədər problem 
		yaradır, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə əsasən, 
		mərhələlərlə, ayrı-ayrı necə meydana gəldiklərini düşünmək isə başımı 
		ağrıdır.
 Təkamülçü nəzəriyyəyə əsasən, qanadlar da bir-birindən asılı olmadan 
		dörd dəfəyə “təsadüfən” meydana gəlmişdir: həşəratlarda, uçan 
		sürünənlərdə, quşlarda və uçan məməlilərdə (yarasalarda). Təbii 
		seçmə-mutasiya mexanizmləri ilə açıqlana bilməyən qanadların dörd dəfəyə 
		ayrı-ayrı əmələ gəlmələri, həm də əmələ gələn qanadların bir-birinə 
		bənzəmələri təkamülçü biolqolar üçün başqa bir başağrısına səbəb olur.
 
 Bu mövzuda təkamülçü tezisi çıxılmaz vəziyyətə salan ən konkret 
		nümunələrdən biri də məməlilərdədir. Müasir biologiyanın ortaq qəbuluna 
		əsasən, bütün məməlilər üç əsas kateqoriyaya bölünür: ətənəlilər, 
		kisəlilər və yumurta ilə çoxalan məməlilər. Təkamülçülər bu fərqin 
		məməlilər hələ ilk dəfə meydana gəldikdə əmələ gəldiyini və hər üç 
		kateqoriyanın bir-birlərindən tamamilə azad şəkildə ayrı təkamül tarixi 
		keçirdiyini güman edirlər. Ancaq maraqlıdır ki, ətənəlilər və kisəlilər 
		arasında bir-birlərinin demək olar ki, eyni olan “cütlər” var. Kisəli 
		canavarlar, pişiklər, sincablar, qarışqayeyənlər, göstəbəklər və 
		siçanlar həm ətənəlilər kateqoriyasında, həm də kisəlilər 
		kateqoriyasında bir-birlərinə çox bənzər formaları ilə mövcuddurlar.Yəni 
		təkamül nəzəriyyəsinə əsasən, bir-birləri ilə tamamilə əlaqəsiz 
		mutasiyalar bu canlıları iki dəfə “təsadüfən” əmələ gətirməlidirlər! Bu 
		həqiqət təkamül baxımından başağrısından daha böyük sıxıntılara səbəb 
		olan problemdir.
 
 Ətənəli və kisəli məməlilər arasındakı maraqlı bənzərliklərdən biri 
		Şimali Amerika canavarı ilə Tasmaniya canavarı arasındadır. Bu 
		canlılardan birincisi ətənəlilər, ikincisi isə kisəlilər sinfinə aiddir. 
		Təkamülçü bioloqlar bu iki fərqli canlı növünün tamamilə ayrı təkamül 
		tarixinə malik olduqlarına inanırlar(Avstraliya qitəsinin və ətrafındakı 
		adaların Antarktikadan ayrılmasından etibarən kisəli və ətənəli 
		məməlilərin əlaqələrinin kəsildiyi güman edilir və bu dövrdə heç bir 
		canavar növü yoxdur). Ancaq maraqlısı budur ki, Tasmaniya canavarı ilə 
		Şimali Amerika canavarının skelet quruluşları, demək olar ki, tamamilə 
		eynidir. Xüsusilə kəllə sümükləri arxa səhifədəki şəkildə göründüyü kimi 
		bir-birlərinə həddindən artıq oxşardır.
 
		
		Hemologİyanı rədd edən məməlİlər 
		 
		   
		
		     Tazmanya kurdunun Kafatası       
		Kuzey Amerika kurdunun kafatası
 Tasmaniya və Şimali Amerika canavarı. Kisəli məməlilərlə plasentalı 
		məməlilər arasında “ekiz” növlərin olması homologiya iddiasına böyük bir 
		zərbədir. Məsələn, yuxarıdakı kisəli Tasmaniya canavarı ilə Şimali 
		Amerikada yaşayan plasentalı canavar bir-birlərinə çox oxşayırlar. Sağda 
		bu iki canlının bir-birinə oxşar kəllə sümüklərini görürsünüz. Heç bir 
		təkamül qohumluğu iddia edilə bilinməyən iki canlı arasında bu qədər 
		oxşarlığın olması hemologiya iddiasını əsassız edir.
 
		Təkamülçü bioloqların “homologiyaya” nümunə hesab etmədikləri bu cür 
		qeyri-adi bənzərliklər oxşar orqanların ortaq əcdaddan təkamül yolu ilə 
		törəmə tezisinə dəlil olmadığını göstərir. Daha da maraqlısı budur ki, 
		bəzi canlılarda da bunun tam tərsi müşahidə edilir. Yəni təkamülçülər 
		tərəfindən çox yaxın qohum hesab olunduğu halda bəzi orqanları tamamilə 
		fərqli formalara malik canlılar var. Məsələn, dəniz qabıqlıları 
		sinfindəki növlərin çox böyük hissəsində “qırılma tipli” büllurlu göz 
		quruluşu var. Qabıqlıların təkcə iki növü – ilbiz və krevet isə bu göz 
		quruluşundan tamamilə fərqli olan “əks etdirmə tipli” şüşəli gözə 
		malikdir. (Bax: Sadələşdirilməz komplekslik fəsli). 
		 
		Böyük dişlərə sahib olan və 
		bir-biri ilə heç bir əlaqəsi olmayan iki məməli. Plasentalı və kisəli 
		məməlilər arasındakı fövqəladə oxşar “ekiz”lərə başqa bir nümunə: 
		yırtıcı məməli Smibdon (sağda) və Thylacosmilusdur (solda). Hər ikisi 
		böyük qabaq dişlərə sahib olan və heç bir təkamülçü əlaqənin qurulması 
		mümkün olmayan bu canlıların kəllə sümükləri və diş quruluşlarının oxşar 
		olması bənzər quruluşlara sahib olan canlıların təkamülə sübut olaraq 
		təqdim olunan hemologiya anlayışını cıxılmaz vəziyyətə salır. 
		  
		
		Homologİyanın 
		genetİk və embrİolojİ 
		problemİ
 Homologiya iddiasını təkzib edən kəşf “homoloji” qəbul edilən orqanların, 
		demək olar ki, hamısının çox fərqli genetik şifrələr tərəfindən 
		tənzimlənməsidir. Məlum olduğu kimi, təkamül nəzəriyyəsi canlıların 
		genlərdə əmələ gələn təsadüfi və kiçik dəyişikliklərlə, yəni 
		mutasiyalarla inkişaf etdiyini irəli sürür. Ona görə, bir-birlərinin 
		yaxın təkamül qohumları hesab edilən canlıların genetik quruluşları da 
		oxşar olmalıdır. Xüsusilə də oxşar orqanları bir-birinə yaxın gen 
		quruluşu tərəfindən tənzimlənməlidir. Halbuki genetik tədqiqatlar bu 
		təkamülçü tezislə tamamilə ziddiyyət təşkil edən faktlar ortaya 
		qoymuşdur.
 
		Oxşar orqanlar, əsasən, çox 
		fərqli genetik kodlar (DNT şifrələri) tərəfindən müəyyən edilir. Bununla 
		bərabər, fərqli canlıların DNT-lərindəki oxşar genetik kodlar da çox 
		fərqli orqanlara uyğun gəlir. Maykl Denton “Təkamül: Böhran içində 
		nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabının “Homologiya 
		iddiasının uğursuzluğu” (The failure of homology) başlıqlı bölməsində bu 
		mövzuya dair bir çox nümunə verir və mövzunu belə xülasə edir:
 Homoloji formalar, əsasən, homoloji olmayan genetik sistemlər tərəfindən 
		müəyyən edilir və homologiya məfhumuna çox nadir şəkildə embriologiyada 
		rast gəlinir.
 
 Bu genetik problem məşhur təkamülçü bioloq Qeyvin De Bier tərəfindən də 
		dilə gətirilmişdir. De Bier 1971-ci ildə nəşr olunmuş “Homologiya: Həll 
		edilməmiş problem” (Homology: An unsolved problem) adlı kitabında bu 
		mövzunu çox ətraflı təhlil etmiş və homologiyanın təkamül nəzəriyyəsi 
		baxımından nə üçün problem olduğunu belə xülasə etmişdir:
 
		Eyni genlər tərəfindən 
		tənzimlənmədikləri halda homoloji orqanların, yəni eyni formaların 
		ortaya çıxmaları hansı mexanizm nəticəsində ola bilər? Bu sualı 1938-ci 
		ildə də verdim və hələ də cavablandırılmayıb. 
 De Bierin bu sözləri söyləməsindən təqribən 30 il keçməsinə baxmayaraq, 
		sual hələ də cavabsızdır.
 
		Homologiya iddiasını təkzib 
		edən üçüncü dəlil isə əvvəldə də bildirdiyimiz embrioloji inkişafdır. 
		Homologiya məsələsindən təkamülçü tezisin əsaslı hesab edilməsi üçün 
		oxşar formaların embrioloji inkişaf prosesləri, yəni yumurtadakı və ya 
		ana bətnindəki inkişaf mərhələləri də paralel olmalıdır. Halbuki oxşar 
		orqanların embrioloji inkişaf prosesi hər canlıda bir-birindən fərqlidir. 
		Bioloq Pere Alberk də bu mövzu ilə bağlı belə deyir: 
		Homoloji orqanların 
		tamamilə fərqli başlanğıc formalarından əmələ gəldikləri istisnadan çox 
		bir qanundur. 
 Oxşar orqanların bir-birinə heç bənzəməyən proseslər nəticəsində əmələ 
		gəlməsinə inkişaf dövrünün son dövrlərində də çox rast gəlinir. Məlum 
		olduğu kimi, bir çox heyvan növü yetkinləşməyə doğru gedən yolda “dolayı 
		inkişaf” adlanan bir prosesdən, yəni sürfə mərhələsindən keçir. Məsələn, 
		bir çox qurbağa həyata üzən sürfələr kimi başlayır və metamorfozun ən 
		son dövründə dördayaqlı heyvana çevrilir. Bununla belə, sürfə dövründən 
		keçməyən və birbaşa inkişaf edən bir çox qurbağa növü də var. Ancaq 
		birbaşa inkişaf edən sözügedən qurbağa növlərinin çoxunun yetkinləri 
		sürfə mərhələsindən keçərək inkişaf edən digər qurbağa növlərindən demək 
		olar ki, heç ayırd edilmirlər. Eyni hadisəyə dəniz kirpilərində və digər 
		bəzi buna bənzər növlərdə də rast gəlinir.
 
 Qısaca desək, genetik və embrioloji tədqiqatlar Darvinin “canlılarn bir 
		ortaq əcdaddan təkamül yolu ilə törədiklərinn dəlili” kimi tərif etdiyi 
		homologiya anlayışının əslində heç cür bu tərifə dəlil olmadığını 
		göstərir. Homologiya səthi baxdıqda “inandırıcı” görünən, amma 
		hərtərəfli tədqiq edildikdə əsassızlığı açıq şəkildə üzə çıxan təkamülçü 
		xətadır.
 
		  
		
		Tetrapodların 
		barmaq quruluşu İlə bağlı homologİya 
		xətası
 Morfoloji homologiya iddiasının, yəni canlılardakı forma bənzərliklərinə 
		əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə 
		məşhur bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu 
		nümunə təkamüllə bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq 
		dəlili kimi göstərilən “tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” 
		misalıdır.
 
		Tetrapodların, yəni quruda 
		yaşayan onurğalıların ön və arxa ayaqlarında beş barmaq var. Bunlar 
		həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu etibarilə 
		“beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, 
		sincabın və ya meymunun əl və ayaqları bu formadadır. Hətta quşların və 
		yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur. 
		 
		 
		Quruda yaşayan onurğalı 
		canlıların hamısının əl və ayaqlarında beş barmaqlı sümük quruluşunun 
		olması təkamülçü nəşrlərdə on illərdir ki, “darvinizmin böyük sübutu” 
		olaraq göstərilir. Ancaq son tətdiqatlar bu sümük quruluşlarının çox 
		müxtəlif genlər tərəfindən idarə edildiyini ortaya çıxarmışdı. Buna görə 
		də bu gün beş barmaqlılıq hemologiyası fərziyyəsi iflasa uğramışdır. 
		Təkamülçülər isə bütün bu canlıların bir ortaq əcdaddan gəldiyini iddia 
		etmiş və beşbarmaqlılıq faktını da uzun zaman buna dəlil hesab etmişlər. 
		Bu iddianın elmi əsası olmadığı isə məlumdur. 
		Əvvəla, bu gün təkamülçülər 
		belə aralarında heç bir təkamül əlaqəsi qura bilmədikləri müxtəlif canlı 
		qruplarında beşbarmaqlılıq xüsusiyyəti olduğunu qəbul edirlər. Məsələn, 
		təkamülçü bioloq M.Kouts 1991-ci və 1996-cı illərdə dərc olunan iki ayrı 
		elmi məqaləsində beşbarmaqlılıq (pentadactyl) faktının bir-biri ilə 
		əlaqəsi olmayan iki mərhələdə ortaya çıxdığını bildirir. Koutsun fikrinə 
		görə, beşbarmaqlı forma həm antrakozavrlarda, həm də amfibiyalarda 
		bir-birindən əlaqəsiz şəkildə ortaya çıxmışdır.Bu tapıntı beşbarmaqlılıq 
		faktının “ortaq əcdad” fərziyyəsinə dəlil olmadığının bir göstəricisidir.
		
 Təkamülçü tezisi bu məsələdə çətinliyə salan digər cəhət də sözügedən 
		canlıların həm ön, həm də arxa ayaqlarının beşbarmaqlı olmasıdır. 
		Halbuki təkamülçü ədəbiyyatda ön və arxa ayaqların bir “ortaq əcdaddan” 
		gəldiyi irəli sürülmür və ayrı-ayrı inkişaf etdikləri fərz edilir. Ona 
		görə də ön və arxa ayaqların quruluşunun da fərqli təsadüfi mutasiyalar 
		nəticəsində müxtəlifləşdiyi gözlənməməlidir. Maykl Denton bu mövzudan 
		belə bəhs edir:
 
		Gördüyümüz kimi, bütün 
		quruda yaşayan onurğalıların ön ayaqları eyni beşbarmaqlı dizayna 
		malikdir və bu da təkamülçü bioloqlar tərəfindən bu canlıların ortaq 
		əcdaddan törədiyi şəklində şərh edilir. Ancaq arxa ayaqlarda da yenə 
		eyni beşbarmaqlı dizayn var və istər sümük quruluşu, istərsə də 
		embrioloji inkişaf mərhələsi cəhətdən ön ayaqlara çox bənzəyirlər. Ancaq 
		heç bir təkamülçü arxa ayaqların ön ayaqlardan törədiyini və ya arxa və 
		ön ayaqların ortaq əcdaddan təkamül yolu ilə törədiyini müdafiə etmir... 
		Əslində bioloji məlumat artdıqca canlılardakı bənzərlikləri ortaq 
		əcdaddan törədiyi fərziyyəsi ilə açıqlamaq fikri getdikcə zəifləyir...
		Təkamül adından irəli sürülən digər bir çox “dolayı dəlil” kimi 
		homologiya ilə bağlı dəlillər də inandırıcı deyil, çünki həddindən 
		artıq anormallıqla, çox sayda əks-nümunə ilə və qəbul edilmiş (təkamül 
		xarakterli) mənzərəyə sığışdırılmayan bir çox faktla qarşılaşır. 
 Beşbarmaqlılıq homologiyası ilə bağlı təkamülçü iddiaya əsl zərbə isə 
		molekulyar biologiyadan gəlmişdir. Təkamülçü KİV-lərdə uzun müddət 
		müdafiə edilən “beşbarmaqlılıq homologiyası” fərziyyəsi bu barmaq 
		quruluşuna malik olan canlılarda barmaq formalarının çox fərqli genlər 
		tərəfindən tənzimləndiyi məlum olduqda əsasını itirmişdir. Təkamülçü 
		bioloq Uilyam Fiks beşbarmaqlılıq haqqında təkamülçü tezisin təkzib 
		olunmasından belə bəhs edir:
 
		Təkamül haqqında homologiya 
		məsələsinə tez-tez əl atan keçmiş dərsliklərdə müxtəlif heyvanların 
		skeletlərindəki ayaqların forması xüsusi vurğulanırdı. Belə ki, bir 
		insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərindəki 
		beşbarmaqlı forma bu canlıların ortaq əcdaddan törədiklərinə dəlil hesab 
		edilirdi. Əgər bu müxtəlif formalar mutasiyalar və təbii seçmə yolu 
		ilə mərhələ-mərhələ dəyişdirilsəydilər, yəni gen-kompleksi tərəfindən 
		tənzimlənsəydilər, bu nəzəriyyənin də bir mənası olacaqdı. Amma təəssüf 
		ki, vəziyyət belə deyil. Homoloji orqanların fərqli növlərdə 
		tamamilə fərqli genlər tərəfindən tənzimləndiyi artıq məlumdur. Ortaq 
		əcdaddan törəyən oxşar genlər üzərində qurulmuş homologiya fərziyyəsi 
		artıq çökmüşdür. 
 Diqqət edilsə, Uilyam Fiks “beşbarmaqlılıq homologiyası” haqqındakı 
		təkamülçü iddiaların keçmiş dərsliklərdə verildiyini, ancaq molekulyar 
		dəlillərin üzə çıxmasından sonra bu iddiaların təkzib edildiyini 
		söyləyir. Ancaq bəzi təkamülçülər hələ də bu mövzunu təkamülə böyük 
		dəlil göstərib özlərinə təsəlli verirlər.
 
		  
		
		Molekulyar 
		homologİya İddİasının 
		əsassızlığı
 Təkamülçülərin təkcə morfoloji səviyyədə deyil, molekulyar səviyyədə 
		irəli sürdükləri homologiya iddiası da əsassızdır. Təkamülçülər müxtəlif 
		canlı növlərinin DNT şifrələrinin və ya zülal quruluşlarının bənzər 
		olduğundan bəhs edirlər və bunu bu canlı növlərinin bir-birlərindən 
		təkamül yolu ilə törədiklərinin dəlili kimi izah edirlər. Məsələn, 
		təkamülçü KİV-lərdə tez-tez “insan DNT-si ilə meymun DNT-si arasında 
		böyük bənzərlik” olduğu deyilir və bu, insanla meymun arasında təkamül 
		xaraktlerli əlaqə olduğu iddiasının dəlili kimi təqdim edilir.
 
		Əvvəla, bildirmək lazımdır 
		ki, yer üzündə yaşayan canlıların bir-birlərinə yaxın DNT quruluşuna 
		malik olmaları təbiidir. Çünki canlıların əsas həyati funksiyaları 
		bir-birlərinə yaxındır və insan da canlı orqanizmə malik olduğuna görə 
		digər canlılardan fərqli DNT quruluşuna malik olması gözlənmir. İnsan da 
		digər canlılar kimi karbohidratlar, yağlar və zülallarla qidalanaraq 
		inkişaf edir, onun da orqanizmində qan dövranı hərəkət edir, 
		hüceyrələrində hər saniyə oksigen istifadə edilərək enerjiyə çevrilir. 
		Ona görə, canlıların 
		genetik bənzərliklərinin olması bir ortaq əcdaddan təkamüllə törədikləri 
		iddiasına dəlil kimi göstərilə bilməz. Təkamülçülər əgər ortaq əcdaddan 
		təkamüllə törəmə nəzəriyyəsini əsaslandırmaq istəyirlərsə, bir-birinin 
		əcdadı olduğu iddia edilən canlıların molekulyar quruluşlarında da 
		əcdad-törəmə əlaqəsi olduğunu göstərməlidirlər. Halbuki bir az sonra 
		görəcəyimiz kimi, bu istiqamətdə heç bir konkret fakt yoxdur.
 Əvvəlcə, “insan DNT-si ilə meymun DNT-si arasındakı bənzərlik” mövzusunu 
		təhlil edək. Əgər bu mövzuda bir az geniş tədqiqat aparılsa, daha 
		maraqlı başqa canlıların DNT-sinin də insanınkına bənzədiyini görmək 
		olar. Bu bənzərliklərdən biri insanlarla nematodlar şöbəsinə aid 
		soxulcanlar arasındadır. “New scientist” jurnalında verilən genetik 
		təhlillər nematod soxulcanlar ilə insan DNT-lərində 75% bənzərlik 
		olduğunu göstərir.Bu, əlbəttə, insan ilə nematodlar arasında sadəcə 
		25%-lik fərq olduğu demək deyil! Əgər təkamülçülərin uydurduğu nəsil 
		ağacına baxsaq, insanın daxil edildiyi Xordalılar (Chordata) şöbəsi ilə 
		Nematodlar (Nematoda) şöbələrintn 530 milyon il əvvəl belə 
		bir-birlərindən ayrı olduqlarını görərik. Bu vəziyyət açıq şəkildə 
		göstərir ki, iki müxtəlif canlı kateqoriyasının DNT zəncirlərindəki 
		bənzərlik bu canlıların ortaq əcdaddan təkamüllə törəməsi iddiasına 
		dəlil deyil.
 
		 
		Molekulyar səviyyədə heç 
		bir orqanizm başqa birnin atası deyildir. O birindən daha ibtidai və ya 
		daha inkişaf etmiş deyildir. 
		Təkamülçülərin “insan ilə meymun arasındakı genetik bənzərlik” 
		mövzusunda istifadə etdikləri nümunələrdən digəri insanda 46, şimpanze 
		və qorillalarda isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosom 
		saylarının yaxınlığını təkamül əlaqəsinin göstəricisi kimi qəbul edirlər. 
		Halbuki əgər təkamülçülərin məntiqi doğrudursa, insanın meymundan daha 
		yaxın qohumu olmalıdır: Kartof! Çünki kartofun xromosom sayı insana 
		qorilla və şimpanzedən daha yaxındır: 46. Yəni insan və kartof 
		xromosomları bərabər saydadır. Bu vəziyyət DNT bənzərliyinin təkamülə 
		dəlil olmadığının açıq göstəricisidir. 
		 
		Belə ki, müxtəlif növlərə 
		və siniflərə aid canlıların DNT və xromosom təhlilləri nəticəsində əldə 
		edilən faktlar müqayisə edildikdə canlıların DNT və xromosomlarındakı 
		oxşarlıqların və ya fərqlərin irəli sürülən heç bir təkamülçü məntiq və 
		ya təkamül əlaqəsi ilə uyğun gəlmədiyi açıq şəkildə üzə çıxır. Təkamülçü 
		tezisə əsasən, canlıların kompleks quruluşlarında mərhələli inkişaf 
		olmalı, buna paralel olaraq genetik məlumatları təşkil edən 
		xromosomların sayı da mərhələli şəkildə artmalıdır. Lakin əldə edilən 
		faktlar bu tezisin tamamilə təxəyyül məhsulu olduğunu göstərir. 
		 
		Məşhur təkamül 
		nəzəriyyəçilərindən olan rus elm adamı Dobjanski canlılar və DNT-ləri 
		arasındakı bu qaydasız əlaqənin təkamülün açıqlaya bilmədiyi böyük 
		problem olduğunu belə ifadə edir: 
		Daha kompleks canlıların 
		əsasən sadə canlılara nisbətən hüceyrələrində daha artıq DNT-ləri var. 
		Lakin bu qaydada istisnalar var. Amphiuma (amfibiya), Propterus (ağciyərli 
		balıq) və hətta adi qurbağalar və quruda yaşayan qurbağalar tərəfindən 
		keçilən insan isə cədvəldə birinci olmaqdan çox uzaqdır. Nə üçün bu 
		vəziyyət bu qədər uzun müddət boyu tapmaca kimi qalmışdır? 
 Molekulyar səviyyədəki digər müqayisələr də təkamülçü izahları təkzib 
		edən bir çox tutarsızlıq nümunələri üzə çıxarmışdır. Müxtəlif 
		canlılardakı zülal düzülüşləri laboratoriyalarda təhlil edildikcə ortaya 
		təkamülçülər baxımından heç gözlənilməyən, hətta bəzən heyrətamiz 
		nəticələr çıxır. Məsələn, insandakı Sitoxrom-C zülalının atdakından 14 
		amin turşusu qədər, kenqurudakından isə sadəcə 8 amin turşusu qədər 
		fərqi var. Sitoxrom-C zülalının düzülüşü təhlil edildikdə tısbağaların 
		insanlara sürünənlər olan zınqırovlu ilanlardan daha yaxın olduğu 
		görülür. Bu vəziyyət təkamülçü düşüncə tərzinə əsasən təhlil edildikdə 
		tısbağaların insanlarla ilanlardan daha yaxın qohum olduğu kimi mənasız 
		nəticə çıxacaqdır.
 
		Məsələn, toyuq və su ilanı 
		arasındakı 100 kodonda 17, at və akula arasındakı 16, hətta iki ayrı 
		şöbəyə aid it və soxulcan milçəyi arasındakı 15 amin turşusu qədər 
		fərqdən belə daha böyükdür. 
		Buna bənzər həqiqətlər 
		hemoqlobində də görülmüşdür. Bu zülalın insandakı düzülüşü lemurunkindən 
		20 amin turşusu qədər fərqli ikən donuzdakından sadəcə 14 amin turşusu 
		qədər fərqlənir. Vəziyyət digər zülallarda da təxminən eynidir. 
 Təkamülçülər bu təqdirdə insanın təkamül cəhətdən kenquruya atdan daha 
		yaxın olması və ya donuzla lemurdan daha yaxın qohum olması nəticəsinə 
		gəlməlidirlər. Halbuki bu nəticələr indiyə qədər qəbul edilmiş bütün 
		“təkamül nəsil ağacı” sxemlərinə ziddir. Zülallar arasındakı oxşarlıqlar 
		təəccüblü sürprizlər hazırlamaqda davam edir. Məsələn:
 
		Kembricdən Adrian Fraydey 
		və Martin Bişop əllərindəki “tetrapodların zülal düzülüşü” faktlarını 
		təhlil etmişlər. Heyrətamiz nəticələr üzə çıxıb, təxminən bütün 
		nümunələrdə insan və toyuq bir-birlərinə ən yaxın qohum kimi uyğun 
		gəlmişlər. Növbəti ən yaxın qohum isə timsahdır.. 
 Bu oxşarlıqlara təkamülçü məntiqlə yanaşdıqda insanın ən yaxın təkamül 
		qohumunun toyuq olması kimi cəfəng nəticəyə gəlməliyik. Pol Erbriç 
		molekulyar təhlillərin çox fərqli canlı siniflərini bir-birinə yaxın 
		kimi göstərən nəticələr verdiyini belə vurğulayır:
 
		Təqribən eyni forma və 
		funksiyalara malik zülallara (homoloji zülallar) filogenetik cəhətdən 
		fərqli, hətta bir-birindən çox fərqli canlı siniflərində getdikcə artan 
		sayda rast gəlinir. (Məsələn, onurğalılardakı, bəzi onurğasızlardakı və 
		hətta bəzi bitkilərdəki hemoqlobin kimi) 
 Cənubi Karolina Universiteti Tibb fakültəsindən biokimya üzrə tədqiqatçı 
		dr. Kristian Şveyb molekulyar sahədə təkamülə dəlil tapmaq üçün uzun 
		illər sərf etmiş elm adamıdır. Xüsusilə insulin və relaksin növündən 
		olan zülallar üzərində təhlillər apararaq canlılar arasnda təkamül 
		qohumluğu qurmağa çalışmışdır. Lakin fəaliyyətlərinin heç birində 
		təkamülə hər hansı bir dəlil əldə edə bilmədiyini dəfələrlə etiraf 
		etməyə məcbur olmuşdur. “Elm” (Science) jurnalındakı bir məqaləsində 
		belə deyir:
 
		Molekulyar təkamül 
		qohumluqların üzə çıxarılması üçün demək olar ki, paleontologiyadan daha 
		üstün metod kimi qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü kimi 
		bununla fəxr etməliyəm. Amma əksinə, növlərin nizamlı inkişafını 
		göstərməli olan molekulyar oxşarlıqların bir çox istisnası olması 
		narahatlıq törədir. Bu istisnalar o qədər çoxdur ki, əslində 
		istisnaların və qəribəliklərin daha mühüm məna daşıdıqlarını düşünürəm. 
		 
		Moleküler düzeyde hiçbir 
		organizma bir diğerinin "atası" değildir, diğerinden daha "ilkel" ya da 
		"gelişmiş" de değildir. 
		Şveybin relaksinlər üzərində apardığı tədqiqatlar maraqlı nəticələr 
		ortaya qoymuşdur: 
		Yaxın qohum olduğu 
		bildirilən növlərin relaksinləri arasındakı böyük fərqlərlə bərabər 
		donuzun və balinanın relaksinləri tamamilə eyni çıxmışdır. Siçanlardan, 
		Yeni Qvineya donuzundan, insandan və donuzdan götürülən molekullar 
		bir-birlərindən təqribən 55% fərqlənirlər. Buna baxmayaraq, insulin 
		insanı şimpanzedən daha çox donuza yaxınlaşdırır. 
 Şveyb insulin və relaksindən başqa digər bir çox zülal düzülüşlərini 
		müqayisə etdikdə də eyni həqiqətlə qarşılaşmışdır. Relaksin və insulin 
		növlərinin ortaya qoyduğu istisnalardan başqa təkamülün irəli sürdüyü 
		şəkildə nizamlı molekulyar inkişafı təkzib edən bir çox zülal növü 
		olduğunu bildirən Şveyb belə deyir:
 
		Relaksin və insulin 
		ailələri molekulyar təkamülün klassik “bir nəsil ağacından təkamüllə 
		törəmə” izahı qarşısındakı yeganə istisna deyil. Anormal zülal 
		bənzərliyi nümunələrindəki anormallıqlar ancaq təxəyyül gücü ilə 
		məhdudlaşdırıla bilən saya çatır. 
 Şveyb canlılardakı lizosimlərin, sitoxromların və bir çox hormonun da 
		amin turşusu düzülüşlərinin müqayisə edilməsinin təkamülçülər üçün 
		“gözlənilməz nəticələr və anormallıqlar” üzə çıxardığını bildirir. Şveyb 
		bütün bu dəlillərə əsaslanaraq zülalların hamısının heç bir təkamül 
		keçirmədən əvvəlki formalarına malik olduğunu və molekullar arasında 
		eynilə fosillərdəki kimi heç bir ara keçid formasının olmadığının 
		tərəfdarıdır.
 
		Maykl Denton da molekulyar 
		biologiya sahəsində əldə edilən tapıntılara əsaslanaraq belə şərh verir: 
		Molekulyar səviyyədə hər 
		canlı sinfi özünəməxsusdur, fərqlidir və digərləri ilə əlaqəsi yoxdur. 
		Ona görə, molekullar eynilə fosillər kimi təkamülçü biologiya tərəfindən 
		uzun müddət axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir... 
		Molekulyar səviyyədə heç bir orqanizm digərinin “əcdadı” deyil, 
		digərindən daha “ibtidai” və ya “təkmil” də deyil... Əgər bu molekulyar 
		dəlillər bundan bir əsr əvvəl əldə olsaydı... üzvi təkamül düşüncəsi heç 
		vaxt qəbul edilməyəcəkdii. 
		 
		  
		
		“Həyat ağacı” 
		məhv olur
 1990-cı illərdə canlıların genetik şifrələri haqqında aparılan 
		tədqiqatlar təkamül nəzəriyyəsinin bu sahədə düşdüyü çıxılmaz vəziyyəti 
		bir az da dərinləşdirdi. Bu tədqiqatlarda daha əvvəl təkcə zülal 
		düzülüşləri üzərində aparılan müqayisələr əvəzinə “ribosomal RNT (rRNT)” 
		düzülüşləri müqayisə edilmiş və buna əsaslanaraq “təkamül ağacı” qurmaq 
		istəmişdilər. Amma təkamülçülər nəticələr qarşısında ümidsizliyə 
		düşmüşdülər.
 
		Fransız bioloqlar Herve 
		Filip və Patrik Forterin 1999-cu il tarixli məqalələrində yazdıqlarına 
		əsasən “sekanslar (DNT düzülüşləri) əldə edildikcə bir çox zülalın bir 
		çox zülal filogeniyasının bir-biri ilə və eyni zamanda rRNT ağacı ilə 
		ziddiyyət təşkil etdiyi üzə çıxmışdır”" 
 “rRNT” müqayisələri ilə bərabər canlıların genlərindəki DNT şifrələri də 
		müqayisə edilmiş, amma yenə təkamül nəzəriyyəsinin irəli sürdüyü “həyat 
		ağacı”na zidd olan nəticələr ortaya çıxmışdır. Molekulyar bioloqlar olan 
		Ceyms Leyk, Reyvi Ceyn və Mariya Rivera 1999-cu ildəki məqalələrində 
		bunu belə açıqlayırlar:
 
		Elm adamları müxtəlif 
		canlıların müxtəlif genlərini təhlil etməyə başladılar və onların 
		bir-biri ilə olan əlaqələrinin rRNT təhlilinə əsasən qurulmuş təkamül 
		həyat ağacı ilə ziddiyyət təşkil etdiyi məlum oldu. 
 Nəticədə nə zülallar, nə rRNT, nə də genlər üzərində aparılan 
		müqayisələr təkamül nəzəriyyəsinin fərziyyələrini təsdiqləyir. İllinoys 
		Universitetindən məşhur bioloq Karl Vus “filogeniya” (təkamül qohumluğu) 
		anlayışının molekulyar kəşflər nəticəsində əhəmiyyətini itirdiyini belə 
		qəbul edir:
 
		İndiyə qədər qurulan bir 
		çox fərdi zülal filogeniyalarından heç bir əhəmiyyətli canlı 
		filogeniyası meydana gəlməmişdir. Filogenetik uyğunsuzluqlar təkamül 
		nəsil ağacının hər yerində var, köklərindən əsas budaqlarına və əsas 
		qrupların əmələ gətirən qrupların öz aralarında belə. 
 Molekulyar müqayisələrin təkamül nəzəriyyəsi lehinə deyil, əleyhinə 
		nəticələr verməsi 1999-cu ildə “Elm” (Science) jurnalında dərc olunan 
		“Həyat ağacını kökündən qoparmağın vaxtıdırmı?” (İs it time to uproot 
		the tree of life?) başlıqlı məqalədə də qəbul edilmişdir. Elizabet 
		Pennisi tərəfindən yazılmış məqalədə darvinist bioloqların “təkamül 
		ağacını” əsaslandırmaq üçün həyata keçirdikləri genetik təhlil və 
		müqayisələrin tam əksi yöndə nəticə verdiyi bildirilmiş, “yeni faktların 
		təkamül mənzərəsini qaraltdığı” ifadə edilmişdir:
 
		Bir il əvvəl bir düjindən 
		çox mikroorqanizmin yeni düzülmüş genomlarını təhlil edən bioloqlar bu 
		məlumatların həyatın erkən dövrlərinin tarixi haqqında qəbul edilmiş 
		fikirləri dəstəkləyəcəyini ümid etmişdilər. Amma gördükləri şey onları 
		heyrətə saldı. O an mövcud olan genomların müqayisə edilməsi canlıların 
		böyük qruplarının necə ortaya çıxdığına dair mənzərəni işıqlandırmadığı 
		kimi onu bir az da qarışdırdı. İndi əldə olan 8 yeni mikrobial düzülüşlə 
		birlikdə vəziyyət daha da qarışıqdır... 
		Bir çox təkamülçü bioloq 
		həyatın başlanğıcını üç əsas aləmdə tapa biləcəklərini düşünürdülər... 
		Bütöv DNT düzülüşləri başqa cür genlərin müqayisə edilməsinin yolunu 
		açdıqda tədqiqatçılar asanlıqla bu ağaca daha çox detal əlavə 
		edəcəklərinə ümid edirdilər. Amma “heç nə həqiqətən bu qədər 
		qeyri-mümkün ola bilməzdi” Rokvil Merilenddəki Genom Tədqiqatı 
		İnstitutunun rəhbəri Kler Freyzer deyir. Əksinə, (genetik) müqayisələr 
		həm rRNT ağacı ilə, həm də bir-birləri ilə ziddiyyət təşkil edən bir çox 
		müxtəif həyat ağacı versiyasını ortaya çıxardı. 
 Qısaca desək, molekulyar biologiya inkişaf etdikcə homologiya məfhumu da 
		daha çox mənasını itirir. Zülallar rRNT və ya genlər arasındakı 
		müqayisələr təkamül nəzəriyyəsinə əsasən bir-birinin yaxın qohumu hesab 
		edilən canlıları bir-birindən çox uzaqlaşdırır. 1996-cı ildə 88 zülalın 
		düzülüşü üzərində aparılan müqayisələr dovşanları gəmiricilər əvəzinə 
		primatlara yaxınlaşdırmışdır. 1998-ci ildə 19 müxtəlif heyvan növünün 13 
		geni üzərində aparılan təhlillər dəniz kirpilərini (heç bir təkamül 
		əlaqələri iddia edilməyən) xordalılar şöbəsinə yaxın göstərmişdir. 
		1998-ci ildə 12 müxtəlif zülal əsasında aparılan müqayisələr inəkləri 
		balinalara atlardan daha yaxın çıxarmışdır.
 
		Canlılar molekulyar 
		səviyyədə təhlil edildikcə təkamül nəzəriyyəsinin homologiya 
		fərziyyələri bir-bir məhv olur. Amerikalı molekulyar bioloq Conatan Uelz 
		2000-ci ildəki vəziyyəti belə xülasə edir: 
		Müxtəlif molekullara əsasən 
		qurulmuş ağaclardakı uyğunsuzluqlar və molekulyar təhlillər nəticəsində 
		üzə çıxan qəribə nəticələr artıq molekulyar filogeniyanı böhrana 
		sürükləmişdir. 
 Peki bu durumda canlılardaki benzer yapıların bilimsel açıklaması nasıl 
		yapılabilir? Bu sorunun cevabı, Darwin'in evrim teorisi bilim dünyasına 
		hakim Bəs, bu halda canlılardakı bənzər formaların elmi açıqlaması 
		necədir? Bu sualın cavabı Darvinin təkamül nəzəriyyəsi elm dünyasına 
		hakim olmadan əvvəl verilmişdir. Canlılardakı oxşar orqanları ilk dəfə 
		gündəmə gətirən Karl Linney və ya Riçard Ouen kimi elm adamları bu 
		orqanları “ortaq yaradılış” nümunəsi hesab etmişlər. Yəni oxşar orqanlar 
		və ya bənzər genlər ortaq əcdaddan təsadüfən təkamüllə törədikləri üçün 
		deyil, müəyyən bir funksiyanı yerinə yetirmək üçün yaradıldıqları üçün 
		bənzərdir.
 
		Müasir elmi kəşflər isə 
		oxşar orqanlarla bağlı irəli sürülən “ortaq əcdad” iddiasının əsassız 
		olduğunu və yeganə açıqlamanın sözügedən “ortaq yaradılış” olduğunu 
		göstərir. 
		  
		
		YUXARI |