| 
		Təkamül 
		nəzəriyyəsinə əsasən canlılar təsadüflərlə əmələ gəlmiş və yenə 
		təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl 
		dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra 
		çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb 
		növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi 
		amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik 
		canlılar meydana gətirmişdir.
 Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir 
		gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü 
		həyata keçirəcək təbii mexanizmlər varmı?
 
 Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu məsələ 
		ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. 
		Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya 
		bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamül xarakterli 
		dəyişikliklərin mənbəyi canlıların genetik quruluşunda meydana gələn 
		təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii 
		seçmə mexanizmi vasitəsilə seçilir, beləliklə, canlılar təkamül 
		keçirirlər”.
 
 Bu ssenarini bir az təhlil etdikdə isə, əslində ortada konkret “təkamül 
		mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə, nə də mutsiyalar 
		növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən 
		kiçik töhfə verməmişlər.
 
 Darvinizmin əsasında təbii seçmə məfhumu dayanır. Darvinin nəzəriyyəsini 
		irəli sürdüyü kitabının başlığında da vurğulanan iddia budur: Növlərin 
		mənşəyi, təbii seçmə yolu ilə.
 
 
 
		 
		Təbİİ Seçmə
 Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda 
		qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi 
		fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz 
		qalan maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. 
		Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət 
		olar.
 
		 
		Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı 
		növünə çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, 
		amma nəticədə maralların genetik məlumatında dəyişiklik olmadığı üçün 
		“növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz 
		qalsalar da, maraldan başqa canlıya çevrilməzlər. 
 Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə 
		sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə 
		uyğunlaşmayan fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik 
		məlumat və ya yeni orqanlar üzə çıxarmır, yəni canlılar təkamül 
		keçirmirlər. Darvin də bu həqiqəti “faydalı dəyişikliklər baş vermədikcə 
		təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etmişdir.
		Elə bu 
		səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya 
		mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur.
 
		 
		Mutasiyaları bir az sonra nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə, təbii 
		seçmə anlayışını bir az da ətraflı təhlil edək və ziddiyyətlərini görək.
		
 
 
		 
		Həyat uğrunda mübarİzə
 Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə həyat uğrunda 
		amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir. 
		Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert 
		Maltusun nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin 
		riyazi ardıcıllıq ilə artdığını, insanların isə həndəsi ardıcıllıq ilə 
		çoxaldığını izah etmiş və ona görə insanların həyat uğrunda labüd 
		amansız mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə Maltus 
		həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi amillərlə 
		tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu həyat 
		uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmənın” 
		bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
 
		 
		 
		Darvin həyat uğrunda mübarizə müddəasını inkişaf etirərkən,Tomas 
		Maltusdan təsirlənmişdi. Lakin müşahidə və yoxlamalar Maltusu haqqsız 
		çıxardı. 
		 
		 
		Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi 
		mütləq həyat uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq 
		V.C.Uayni Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı 
		uzun elmi tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını 
		tənzimlədiklərini və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə 
		çıxardı. 
		 
		 
		Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən 
		tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər kimi “zəifləri 
		aradan çıxaran” faktorlarla deyil, heyvanlardakı instinktiv nəzarət 
		mexanizmləri ilə tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin 
		güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, çoxalmalarını 
		məhdudlaşdıraraq tənzimləyirlər.
 Belə Darvinin irəli sürdüyü “rəqabət yolu ilə seçmə” nümunəsi ilə deyil, 
		artım nəzarətilə çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı 
		müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə “bitki sıxlığına” 
		görə hərəkət etdiklərini, sahədəki bitki sıxlığı artdıqda çoxalmanı 
		azaltdıqlarını sübut etdi. Digər tərəfdən qarışqalar, bal arıları kimi 
		canlı icmalarında rast gəlinən fədakarlıq nümunələri darvinist həyat 
		uğrunda mübarizə anlayışının tam əksini göstərirdi.
 
		 
		Son illərdəki bəzi tədqiqatlar fədakarlıq davranışının hətta 
		bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır. Beyinə və ya sinir 
		sisteminə malik olmayan, ona görə düşünmə qabiliyyətinə malik olmayan bu 
		canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları xilas etmək 
		üçün intihar edirlər.
 Bu nümunələr təbii seçmənın əsas fərziyyəsi olan “həyat uğrunda mütləq 
		mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur, 
		amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik 
		nümunələri də var.
 Müşahidə və təcrübələr
 
 Təbii seçmə ilə təkamül nəzəriyyəsi yuxarıda bildirdiyimiz nəzəri 
		əsassızlıqla bərabər əslində konkret elmi kəşflər qarşısında çıxılmaz 
		vəziyyətə düşmüşdür. Bir nəzəriyyənin elmilik dəyəri müşahidə və 
		təcrübələr qarşısındakı uğuru və ya uğursuzluğu ilə ölçülür. Təbii seçmə 
		ilə təkamül nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə 
		məğlub olmuşdur.
 
		 
		Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə 
		dair tək bir tapıntı belə üzə çıxmamışdır. Məşhur təkamülçü olan ingilis 
		Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə 
		qəbul edir: 
		 
		Kimsə təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Kimsə 
		belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün 
		neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur. 
 Fransanın ən məşhur zooloqlarından olan 35 cildlik “Traité de zoologie” 
		ensiklopediyasının redaktoru və Fransa Elmlər Akademiyasının (Académie 
		des Sciences) keçmiş rəhbəri Pier Pol Qrasse isə “Canlı orqanizmlərin 
		təkamülü” (Evolution of living organisms) adlı kitabının “Təkamül və 
		təbii seçmə” bölməsini belə bitirmişdir:
 
		 
		C.Haksli və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə 
		hazırladığı nəzəriyyəsi demoqrafik həqiqətlərin, genotiplərin regional 
		dalğalanması və coğrafi səpələnmələrin müşahidəsindən başqa şey deyil. 
		Nəzərdən keçirilən növlərin əksəriyyəti on min illər ərzində heç 
		dəyişmədən qalmışdır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar 
		genlərin əvvəlcədən dəyişməsilə bərabər nəzərdən keçirildikdə təkamülə 
		dəlil göstərilə bilməz və bunun ən gözəl dəlili milyonlarla il ərzində 
		heç bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.
 Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların “təbii seçmənın müşahidə 
		edilmiş nümunəsi” kimi göstərdikləri bir neçə nadir hadisəyə baxdıqda 
		isə əslində onların təkamül nəzəriyyəsinə dəlil olmadığını asanlıqla 
		görərik.
 
		  
		
		 
		Sənaye İnqilabı kəpənəklərİnİn
		HƏQİQİ əhvalatı 
		 
		Təkamülçü mənbələrə nəzər saldıqda İngiltərədəki sənaye inqilabı dövrü 
		kəpənəklərinin təbii seçmə ilə təkamül keçirmə tezisinə nümunə 
		göstərildiyini görmək olar. Dərsliklərdə, jurnallarda, hətta akademik 
		mənbələrdə bu mövzu təkamülün ən aydın və müşahidə edilmiş nümunəsi kimi 
		təqdim edilir. 
 Lakin əslində bu nümunənin təkamüllə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, bu 
		nümunəni qısa şəkildə təsvir edək: deyilənə görə, İngiltərədə sənaye 
		inqilabı dövrünün başladığı illərdə Mançester ərazisindəki ağacların 
		qabıqları açıq rəngli idi. Ona görə bu ağacların üstünə qonan tünd 
		rəngli güvə kəpənəklərini quşlar tez görür və yaşama ehtimalları 
		azalırdı. Lakin əlli il sonra sənaye tullantıları nəticəsində ağacların 
		üstündəki açıq rəngli yosunların ölməsi ilə qabıqları tündləşir və buna 
		görə, bu dəfə də açıq rəngli güvələri quşlar daha çox yeməyə başlayır. 
		Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rənglilər isə nəzərə 
		çarpmadığına görə çoxalır.
 
 
		 
		Yuxarıda, sənaye inqilabıdan əvvəlki, altda isə sonrasındakı ağaclar və 
		kəpənəklər görsənir. Ağacların rəngi tündləşdiyi üçün , açıq rəngli 
		kəpənəklər quşlar tərəfindən daha asan ovlanmış və sayları azalmışdır. 
		Ancaq bu bir təkamıl deyildir, çünki yeni növ əmələ gəlməmiş, sadəcə var 
		olan növlərin sayları azalmışdı. 
		 
		Bu hadisə təbii seçmə ilə təkamül nəzəriyyəsinin böyük dəlili hesab 
		edilir, açıq rəngli kəpənəklərin zaman ərzində tünd rəngli kəpənəklərə 
		çevrilib təkamül keçirməsi şəklində səhv dəyərləndirilir. 
		 
		Lakin bu nümunənin doğru olması fərz edilsə belə, təkamül nəzəriyyəsinə 
		dəlil deyil. Çünki baş verən təbii seçmə daha əvvəl təbiətdə mövcud 
		olmayan yeni növ meydana gətirməmişdir. Sənaye inqilabından əvvəl də 
		kəpənək populyasiyası daxilində qara fərdlər var idi. Lakin mövcud olan 
		kəpənək növlərinin sayı dəyişmişdir. Kəpənəklər “növ dəyişikliyi” 
		istiqamətində yeni orqan və ya xüsusiyyət qazanmamışdılar.
		Lakin bir 
		kəpənəyin başqa canlı növünə, məsələn, bir quşa çevrilməsi üçün 
		kəpənəyin genlərində saysız-hesabsız dəyişiklik, əlavə və əksiltmələr 
		edilməli, başqa sözlə, kəpənəyin geninə quşun fiziki xüsusiyyətlərinə 
		aid məlumatları ehtiva edən tamamilə ayrı genetik proqram yüklənməlidir.
		
 Sənaye kəpənəkləri ilə bağlı təkamülçü hekayəyə verilən ümumi cavab 
		belədir. Ancaq mövzunun daha da maraqlı tərəfi var: hekayənin sadəcə 
		şərhi deyil, özü də səhvdir. Molekulyar bioloq Conatan Uelzin 2000-ci 
		ildə nəşr edilən “Təkamül bütləri” (İcons of evolution) adlı kitabında 
		açıqladığı kimi, demək olar ki, hər təkamül tərəfdarı biologiya 
		kitabında verilən və bu səbəbdən “bütə” çevrilmiş sənaye inqilabı 
		kəpənəkləri hekayəsi həqiqətləri əks etdirmir. Uelz hekayənin “təcrübi 
		dəlili” kimi məlum olan Bernard Ketlvelin elmi fəaliyyətinin əslində 
		elmi qalmaqal olduğunu izah edir. Bu qalmaqalın bəzi təməl ünsürlərini 
		belə sıralamaq olar:
 
		 
		● Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox araşdırma 
		sözügedən kəpənəklərin sadəcə bir növünün ağacın gövdəsinə qonduğunu, 
		digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə 
		çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir 
		hallarda qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 il 
		tədqiqat aparan Siril Klark, Rouri Haulet, Maykl Macerus, Toni Libert, 
		Pol Breykfild kimi bir çox elm adamı “Ketlvelin təcrübəsində 
		kəpənəklərin təbii davranışlarından fərqli davranmağa məcbur 
		edildiklərini, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul 
		edilməyəcəyini” bildirdilər.
 ● Ketlvelin təcrübəsini təhlil edən tədqiqatçılar daha da təəccüblü nəticə 
		ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş ərazilərində açıq rəngli 
		kəpənəklərin daha çox olması gözlənilərkən tünd rənglilər açıq 
		rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal 
		hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəklərin sayı ilə ağac 
		qabıqları arasında heç bir əlaqə yox idi.
 
 ● Məsələnin əsli araşdırıldıqca qalmaqal böyüdü: 
		Ketlvel tərəfindən 
		fotoşəkilləri çəkilən “ağac qabığı üzərindəki güvə kəpənəkləri” əslində 
		ölü kəpənəklər idi. Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca 
		yapışdırmış və o cür şəkillərini çəkmişdi. Əslində kəpənəklər ağac 
		gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir rəsm 
		əldə etmə ehtimalı demək olar ki, yox idi.
 
 Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən üzə 
		çıxarıldı. On illər boyu “təkamülə giriş” dərslərinin ən böyük materialı 
		olan sənaye kəpənəkləri əfsanəsinin bu şəkildə puça çıxması təkamülçülər 
		arasında ümidsizliyə səbəb oldu. Onlardan biri olan Ceri Koyn belə 
		deyirdi:
 Həqiqəti (xallı kəpənəklər saxtakarlığını) öyrəndikdə verdiyim reaksiya 
		6 yaşımda ikən yeni il hədiyyələrimi şaxta babanın deyil, atamın 
		gətirdiyini öyrəndikdə keçirdiyim ümidsizlik hissi oldu.
 
 Beləliklə, “təbii seçmənın ən məşhur nümunəsi” də bir elm qalmaqalı kimi 
		tarixə düşdü.
 
		 
		Şübhəsiz, bunun nəticəsinin belə olması labüd idi. Çünki təbii seçmə 
		təkamülçülərin iddiasının əksinə olaraq “təkamül mexanizmi” deyil, bir 
		canlıya hər hansı orqan əlavə etmə və ya orqan əksiltmə, bir növü başqa 
		növə çevirmə kimi xüsusiyyətlərə malik deyil. Darvindən dövrümüzə qədər 
		bu mövzuda irəli sürülən ən böyük “dəlil” İngiltərədəki sənaye inqilabı 
		kəpənəkləri hekayəsindən başqa bir şey deyil. 
 
 
		 
		Təbİİ seçmə komplekslİyİ nə üçün açıqlaya bİlmİr?
 Əvvəldə də dediyimiz kimi, təbii seçmə ilə təkamül nəzəriyyəsinin ən 
		böyük müəmması təbii seçmə vasitəsilə canlıların yeni orqanlar və 
		xüsusiyyətlər qazanmamasıdır. Təbii seçmə yolu ilə bir növün genetik 
		məlumatı təkmilləşmir və beləliklə də, yeni növlərin əmələ gəlməsi 
		açıqlana bilməz. Harvard Universitetindən paleontoloq Stefen C.Quld 
		təbii seçmənın düşdüyü bu çıxılmaz vəziyyəti belə izah edir:
 
		 
		Darvinizmin əsası bir cümlə ilə ifadə edilə bilər: “Təbii seçmə təkamül 
		xarakterli dəyişikliyin yaradıcı gücüdür”. Kimsə seçmənın uyğun olmayanı 
		aradan çıxarmasındakı neqativ rolunu inkar etmir. Ancaq darvinist 
		nəzəriyyə “uyğun olanı yaratmasını” da istəyir.
 Təbii seçmə məsələsində istifadə edilən yanıldıcı üslublardan biri də bu 
		mexanizmin şüurlu dizayner kimi başa düşülməsidir. Lakin əslində təbii 
		seçmənın şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu 
		ayırd edəcək ağıla sahib deyil. Bu səbəbdən təbii seçmə kompleks 
		quruluşa malik sistemlərin və orqanların necə mövcud olduqlarını heç 
		vaxt açıqlaya bilməz. Sözügedən sistem və orqanlar bir çox hissənin 
		birlikdə fəaliyyət göstərməsi ilə əmələ gəlir və bu hissələrdən tək biri 
		olmasa və ya qüsurlu olsa, heç bir işə yaramazlar. Bu cür sistemlər “sadələşdirilməz komplekslik” kimi tərif edilən xüsusiyyətə malikdir. 
		Məsələn, insan gözünün quruluşu sadələşdirilə bilməz, çünki bütün 
		detalları ilə birlikdə mövcud olmadıqca öz funksiyasını yerinə yetirməz.
 
		 
		Bu cür sistemi meydana gətirən şüur gələcəyi əvvəlcədən hesablayıb 
		sadəcə ən son mərhələdə nail olunacaq faydanı əldə etmək üçün qarşısına 
		məqsəd qoymalıdır. Təbii seçmə isə şüur və iradəyə malik mexanizm 
		olmadığı üçün belə bir şey edə bilməz. Bu həqiqət “bir-birinin ardınca 
		çox sayda kiçik dəyişikliklərlə kompleks orqanın əmələ gəlməsinin 
		qeyri-mümkün olması göstərilsə, nəzəriyyəmin tamamilə mənasız olduğu 
		sübut ediləcək” deyən Darvinin narahat olduğu kimi, təkamül 
		nəzəriyyəsini süqut uğratdı.
 
 
		 
		Mutasİyalar
 Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat 
		daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində 
		meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni 
		təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt 
		hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb 
		olurlar.
 
 
		
		 
		Mutasiyanın nəticəsi,şikəst ayaq  
		Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. 
		Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu 
		dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda 
		olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar... 
		 
		Bunun səbəbi çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu 
		molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı 
		bioloq B.G.Ranqanatan bunu belə açıqlayır: 
 Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar 
		genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi 
		dəyişikliklərdir; ona görə əsasən zərərli olurlar. Olduqca nizamlı 
		sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, 
		daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı 
		quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi 
		dəyişiklik olar və bu binanı əsla təkmilləşdirməz.
 
 Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə 
		edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu məlum olmuşdur. İkinci 
		dünya müharibəsindən sonra nüvə silahları nəticəsində əmələ gələn 
		mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik 
		Təsirləri Komitəsinin
 
		 
		(Committee on Genetic Effects of Atomic Radiation) 
		hazırladığı hesabat haqqında təkamülçü elm adamı Uarren Uiver belə 
		deyirdi: 
		 
		Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olması nəticəsi 
		qarşısında təəccüblənəcəkdir, çünki mutasiyalar təkamül prosesinin 
		əsasını təşkil edir. Necə olur ki, müsbət təsir – yəni canlının daha 
		təkmil canlı növlərinə təkamüllə çevrilməsi – faktiki olaraq tamamilə 
		zərərli olan mutasiyaların nəticəsi ola bilər? 
		 
		 
		Təkamülçü bioloqlar əsrin əvvəlindən bəri milçəkləri mutasiyaya məruz 
		qoyaraq faydalı mutasiya nümunəsi axtardılar. Ancaq bu səylərin 
		nəticəsində hər zaman, şikəst, xəstə, qüsurlu milçək əldə edildi. 
		Yuxarıda, solda normal meyvə milçəyinin başı və sağda mutasiyaya məruz 
		qalaraq ayaqları başıda çıxan başqa bir meyvə milçəyi görsənir. 
		 
		Mutasiyaya İllər milyon dəfələrlə uğradıldılar. Amma bircə faydalı 
		mutasiya müşahidə edilmədi. Qordon Teylor bununla bağlı belə yazır:
 Bu canlılar mümkün olan hər cür Bu çox təəccüblüdür, amma bir o qədər də 
		gözdən qaçan həqiqətdir: altmış ildən bəri dünyanın hər tərəfində 
		genetiklər təkamülü sübut etmək üçün laboratoriyalarda meyvə milçəkləri 
		yetişdirirlər. Amma hələ də bir növün, hətta bircə fermentin belə əmələ 
		gəlməsi müşahidə edilməmişdir.
 
		 
		 
		Bir Başqa bir tədqiqatçı Maykl Pitman meyvə milçəkləri üzərindəki 
		təcrübələrin uğursuzluğunu belə ifadə edir:
 Morqan, Qoldsmit, Müller və digər genetiklər meyvə milçəyi 
		generasiyalarını isti, soyuq, işıqlı, qaranlıq, kimyəvi və radioaktiv 
		təsirləri olan şərtlər altında saxlamışlar. Təcrübələr nəticəsində az 
		zərərli və ya tamamilə zərərli olan hər cür mütasiya baş vermişdir. Bəs, 
		nəticədə insan tərəfindən həyata keçirilən süni təkamül baş verdimi? 
		Xeyr. Genetiklərin əmələ gətirdiyi məxluqların çox azı sınaq 
		şüşələrindən kənarda həyatlarını davam etdirə bildilər. Mutantlar ölür, 
		qısır qalır və ya əvvəlki vəziyyətlərinə yenidən qayıtma meyli 
		göstərirdilər.
 
 İnsan üçün də vəziyyət eynidir. İnsanlar üzərində müşahidə edilən bütün 
		mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi 
		verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya 
		fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri 
		mutasiyaların zərərli təsirlərini göstərir.
 
		 
		 
		Qanadlarının forması dəyişmiş mutant milçək 
		 
		Amerikalı patoloq Devid A.Demik mutasiyalar haqqında yazdığı elmi 
		məqaləsində bu mövzuda belə deyir: 
		 
		Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi 
		təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik 
		xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik 
		cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan 
		sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur... 
 Mutasiyaların əmələ gətirdiyi bütün bu xəstəliklərlə bərabər faydalı 
		təsirləri də varmı? Məlum olan minlərlə zərərli mutasiya nümunəsi ilə 
		bərabər, əlbəttə, bəzi müsbət nümunələri də saymaq lazımdır, əgər 
		makrotəkamül doğrudursa. Bu müsbət nümunələr həm daha kompleks formalar 
		əmələ gətirmək üçün, həm də çox sayda zərərli mutasiyanın dağıdıcı 
		təsirini tarazlamaq üçün təkamülə lazım olacaqdır. Amma məsələ bu 
		faydalı mutasiyaları tərif etməyə gəldikdə, təkamülçü bioloqlar həmişə 
		qəribə sükut içindədirlər.
 
 Təkamülçü bioloqların “faydalı mutasiya” kimi bəhs etdikləri yeganə 
		nümunə demək olar ki, oraqvari hüceyrə anemiyası xəstəliyidir. Bu 
		xəstəlik qanda oksigen daşıyan hemoqlobin molekulunun mutasiya 
		nəticəsində pozulması və formasının dəyişməsiylə baş verir. Bunun 
		nəticəsində də hemoqlobinin oksigen daşıma qabiliyyəti ciddi şəkildə 
		zərər görür. Oraqvari hüceyrə anemiyası xəstəliyinə tutulan insanlar bu 
		səbəbdən getdikcə artan tənəffüs çətinliyindən əziyyət çəkirlər. Tibb 
		kitablarının qan xəstəlikləri bölməsində bəhs edilən bu mutasiya 
		nümunəsi yuxarıda qeyd etdiyimiz kimi, bəzi təkamülçü bioloqlar 
		tərəfindən çox qəribə şəkildə “faydalı mutasiya” kimi dəyərləndirilir. 
		Bu xəstəliyə tutulan şəxslərin malyariya xəstəliyinə qarşı qismən 
		immunitetlərinin olmasının təkamülün bu şəxslərə “hədiyyəsi” olduğu 
		deyilir. Əgər bu məntiqlə düşünülsə, genetik cəhətdən şikəst doğulan 
		insanların, yolda yeriyə bilmədikləri və bunun sayəsində nəqliyyat 
		qəzalarında ölməkdən xilas olduqlarını da demək olar və şikəst olmaq 
		“yararlı genetik xüsusiyyət” hesab edilə bilər. Şübhəsiz, bu məntiqin 
		heç bir tutarlı tərəfi yoxdur.
 
		 
		 
		Oraqvari hüceyrə anemiyasında hemoqlabinin forması və funksiyası 
		pozulur. Buna görə də, hemoqlabinin oksigen daşıma qabilyyəti zərər 
		görür. 
		 
		 
		Mutasiyaların ancaq zərərli mexanizm olması açıqdır. Fransa Elmlər 
		Akademiyasının keçmiş rəhbəri Pier Paul Qrassenin mutasiyalar haqqında 
		verdiyi şərh bu cəhətdən olduqca aydınlaşdırıcıdır. Qrasse mutasiyaları
		“yazılı mətnin surətinin köçürülməsi əsnasında edilən hərf xətaları”na 
		bənzətmişdir. Hərf xətaları kimi mutasiyalar da məlumat əmələ gətirmir, 
		əksinə, mövcud məlumatı pozur. Qrasse bu faktı belə açıqlamışdır: 
		 
		Mutasiyalar zaman ərzində olduqca nizamsız şəkildə meydana gəlirlər. 
		Bir-birlərini tamamlayıcı xüsusiyyətləri və bir-birini təqib edən 
		nəsillər üzərində müəyyən istiqamətdə müştərək təsirləri yoxdur. Mövcud 
		olan formanı dəyişdirirlər, amma bunu tamamilə nizamsız şəkildə 
		edirlər... Bir canlı orqanizmində çox kiçik bir nizamsızlıq əmələ 
		gəldikdə isə ölümlə nəticələnir. Həyat faktı ilə anarxiya (nizamsızlıq) 
		arasında heç bir mümkün uzlaşma yoxdur.
 Elə bu səbəbdən, Qrassenin ifadəsilə “mutasiyalar nə qədər çox olsalar 
		da, hər hansı təkamül meydana gətirmirlər”.
 
 
 
		 
		Pleyotroİk təsİr
 Mutasiyaların canlılara ancaq zərər verdiklərinin digər sübutu isə 
		genetik şifrənin kodlanma formasıdır. Canlılardakı məlum bütün genlər 
		həmin canlı ilə bağlı birdən çox məlumat saxlayır. Məsələn, bir gen həm 
		boyun uzunluğunu, həm də canlının göz rəngini tənzimləyə bilir. 
		Molekulyar bioloq Maykl Denton genlərin “pleyotropik təsir” adlandırılan 
		bu xüsusiyyətini belə açıqlayır:
 
		 
		Genlərin inkişafa təsirləri həddindən artıq fərqlidir. Ev siçanında tük 
		rəngiylə bağlı demək olar ki, hər gen boyun uzunluğu ilə də əlaqədardır. 
		Meyvə milçəyi drosophila melanogasterin göz rənginin mutasiyası üçün 
		istifadə edilən 17 ədəd rentgen şuası təcrübəsindən 14-ündə göz rəngiylə 
		tamamilə əlaqəsiz olan dişi cinsiyyət orqanlarının quruluşu da zərər 
		görmüşdür. Ali canlılarda təhlil edilən hər gen birdən çox orqana təsir 
		edir. Pleyotropik təsir adlandırılan bu hadisə haqqında (Ernst) Mayr 
		“ali canlılarda pleyotropik olmayan hər hansı bir genin tapılması 
		şübhəlidir” deyir.
 Canlıların genetik quruluşlarındakı bu xüsusiyyət səbəbi ilə təsadüfi 
		mutasiya nəticəsində DNT-dəki hər hansı bir gendə meydana gələn pozuntu 
		birdən çox orqana təsir edəcəkdir. Beləliklə, mutasiya sadəcə müəyyən 
		bir yerə təsir etməyəcək, daha çox zərərli təsirlərə malik olacaqdır. Bu 
		təsirlərin birinin çox nadir rast gəlinən təsadüf nəticəsində yararlı 
		olması fərz edilsə belə, digər təsirlərin labüd zərəri bu faydanı da 
		aradan qaldıracaqdır.
 
		 
		
  
		 
		1.Qanadlar çıxmır. 2.Ayaqlar normal ölçüdə,
		ancaq ucları inkişaf
		etməyib. 3.tük örtüyü yoxdur.
		4-5.tənəfüs borusu olmasına Baxmayaraq ağciyər
		yoxdur .
 6-7.sidik borusu böyümür və böyrəyin inkişafına imkan vermir
 
 Sol tərəfdə ev toyuğundakı normal inkişaf , sağda isə pleyotropik bir 
		genin mutasiyaya məruz qalmasının zərərli təsirləri görsənir. Diqqət 
		edilərsə, bir tək gendə meydana gələn mutasiya, bir-birindən olduqca 
		fərqli orqanlara zərər verməkdədir. Bir mutasiyanin xeyirli təsir əmələ 
		gətirəcəyi fərz edilsə belə,” pleyotropik təsir” yetərincə cox orqana 
		zərər verərək bu xeyirli təsiri də aradan qaldırır.
 
		 
		Mutasiyaların nə üçün təkamülə səbəb olmadığını üç əsas maddədə xülasə 
		etmək olar: 
		 
		● Mutasiyalar həmişə zərərlidir: mutasiya təsadüfən meydana gəldiyi üçün 
		həmişə mutasiya keçirən canlıya zərər verir. Məntiqlə düşünsək, mükəmməl 
		və kompleks bir formaya edilən hər hansı şüursuz müdaxilə o formanı 
		təkmilləşdirməz, əksinə, pozar. Belə ki, heç bir müşahidə olunan 
		“faydalı mutasiya” yoxdur.
 ● Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə edilmir: genetik məlumatı 
		təşkil edən hissələr yerlərindən qopub sökülür, pozulur və ya DNT-nin 
		müxtəlif yerlərinə daşınır. Lakin mutasiyalar heç bir şəkildə canlıya 
		yeni orqan və ya yeni xüsusiyyət qazandırmırlar. Ancaq aşağı ətrafın 
		kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olurlar.
 
 ● Mutasiya sonrakı nəsilə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində 
		meydana gəlməlidir: orqanizmin hər hansı hüceyrəsində və ya orqanında 
		meydana gələn dəyişiklik sonrakı nəsilə ötürülmür. Məsələn, bir insanın 
		gözü radiasiya və ya buna bənzər təsirlərlə mutasiyaya uğrayaraq 
		orijinal formasından fərqlənə bilər, amma bu, onun özündən sonrakı 
		nəsillərə keçməz.
 
		 
		 
		Escherichia coli bakterisi, bir milyar yıl öncesindeki örneklerinden 
		farksızdır. Bu uzun zaman dilimi içinde gerçekleşen sayısız mutasyon, 
		canlıda hiçbir yapısal değişiklik oluşturmamıştır. 
		 
		 
		Bütün bunlar təbii seçmə və mutasiya mexanizmlərinin heç bir təkamül 
		xarakterli təsirə malik olmadıqlarını göstərir. Belə ki, indiyə qədər bu 
		yolla əldə edilmiş heç bir müşahidə edilən “təkamül” nümunəsi mövcud 
		deyildir. Bunun əvəzində təkamülçü bioloqlar bəzən “təbii seçmə və 
		mutasiya mexanizmlərinin təkamül gücünü müşahidə edə bilmirik, çünki bu 
		mexanizmlər ancaq çox uzun zaman ərzində təsirli olurlar” kimi açıqlama 
		irəli sürürlər. Lakin bu da heç bir elmi əsası olmayan təsəllidən başqa 
		bir şey deyil. Çünki meyvə milçəkləri və ya bakteriyalar kimi həyatı çox 
		qısa olan və ona görə də bir elm adamının minlərlə nəslini müşahidə edə 
		bildiyi canlılarda da heç bir “təkamül” qeydə alınmamışdır. Pier Paul 
		Qrasse bakteriyaların təkamülü əsassız edən dəyişməzliyi haqqında da 
		bunları deyir:
 Bakteriyalar... sürətlə çoxalmaları səbəbi ilə ən çox mutant (mutasiya 
		keçirmiş canlı) üzə çıxaran canlılardır. Ancaq bakteriyalar... öz 
		növlərinə çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının 
		mutantları çox diqqətli şəkildə təhlil edilmişdir və bu mövzuya aid çox 
		yaxşı misaldır. Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və 
		mexanizmlərini kəşf etmək üçün nümunə kimi seçilən bu canlının milyard 
		ildən bəri heç bir dəyişikliyə məruz qalmaması olduqca təəccüblüdür. 
		Əgər təkamül xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların 
		keçirdiyi bu qədər mutasiyanın nə mənası var? Nəticədə bakteriyaların və 
		virusların keçirdiyi mutasiya xarakterli dəyişikliklərin müəyyən genetik 
		orta hədd ətrafında gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ 
		gətirmədikləri üzə çıxır; bir az sağa, bir az sola dalğalanma olur, amma 
		nəticədə təkamül xarakterli dəyişiklik baş vermir. Hamam böcəkləri də 
		ilk dəfə ortaya çıxdıqları Perm dövründən bəri ən az drosophila qədər 
		çox mutasiya keçirmiş, amma heç bir dəyişikliyə uğramamışdır.
 
 Qısa desək, canlıların təkamül keçirməsi mümkün deyil, çünki təbiətdə 
		onların təkamülünə səbəb olan mexanizm yoxdur. Belə ki, fosillərə 
		baxdıqda da təkamül prosesi ilə deyil, əksinə, təkamülə tamamilə zidd 
		mənzərə ilə qarşılaşırıq.
 
		  
		
		YUXARI |